Gürcüstanın Prezidenti Salome Zurabişvilidən

23 dekabr 2022, 13:17

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Gürcüstan xalqı adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, yeni-yeni uğurlar və uzun ömür arzulayıram. Sizin rəhbərliyiniz dövründə ölkənizə və xalqınıza göstərdiyiniz sədaqətli xidmət sayəsində Azərbaycan müasir, uğurlu dövlətə çevrilib.

Qafqaz uzun əsrlər boyu müxtəlif mədəniyyətlərin qovuşduğu, Şərqlə Qərbin birləşməsində böyük rol oynayan region olmuşdur. Bu gün dünyanın çoxsaylı çağırışlarla üzləşdiyi və ciddi dəyişikliklərə məruz qaldığı bir vaxtda ölkələrimiz təkcə bizim regionda deyil, bütövlükdə dünyada sülhün və sabitliyin möhkəmlənməsində mühüm rol oynaya bilərlər. Əminəm ki, biz səylərimizi əsirgəmədən, bu nadir fürsətdən istifadə edərək strateji tərəfdaşlığımızı daha da möhkəmləndirəcək, Qafqazı əlaqə mərkəzinə və regionumuzun tarixi etnik identikliyini əks etdirən qlobal təhlükəsizlik və sabitlik məkanına çevirəcəyik.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə Yeni ildə xoşbəxtlik və firavanlıq arzulayır, bir daha dərin ehtiramımı çatdırır, dost Azərbaycan xalqının əmin-amanlığı və firavanlığı naminə fəaliyyətinizi bundan sonra da uğurla davam etdirəcəyinizə inandığımı bildirirəm.

Hörmətlə,

Salome Zurabişvili

Gürcüstanın Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55