Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayevdən

22 dekabr 2022, 17:59

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ölkənizin işıqlı gələcəyi naminə fəaliyyətinizin uğurlu olmasını, qarşıya qoyulmuş məqsədlərin reallaşmasını arzu edirəm.

Əminəm ki, Qazaxıstan ilə Azərbaycan arasında yüksək səviyyədə əməkdaşlıq və çoxəsrlik dostluq qardaş xalqlarımızın rifahı naminə bundan sonra da möhkəmlənəcək.

Ümidvaram ki, qarşılıqlı hörmətimiz gələcəkdə də davam edəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına firavanlıq, birlik və uğurlar arzu edirəm.

Hörmətlə,

Nursultan Nazarbayev

Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55