MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən

22 dekabr 2022, 15:55

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından doğum gününüz münasibətilə səmimi təbriklərimizi qəbul edin.

Çoxillik səmərəli quruculuq fəaliyyətiniz Sizə Azərbaycan xalqının dərin sevgisini qazandırıb. Zəngin dövlətçilik təcrübəniz və yüksək şəxsi keyfiyyətləriniz Sizə respublika vətəndaşlarının həyat səviyyəsini daha da yaxşılaşdırmaq, bütün sahələrdə ölkənin inkişafını təmin etmək və dünya miqyasında onun nüfuzunu yüksəltmək imkanı verir. Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir.

Şübhəsiz ki, Sizin müdrik qərarlarınız MDB iştirakçısı olan dövlətlər arasında inteqrasiya proseslərinin dərinləşməsinə, strateji tərəfdaşlığın və dostluq əlaqələrinin möhkəmlənməsinə sanballı töhfə verir.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və Azərbaycan Respublikasının gələcək inkişafı naminə çoxşaxəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirik.

Hörmətlə,

Dmitri Kobitski

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20