Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına humanitar “Linqvist” liseyinin direktoru Valentina Antonenkodan

22 dekabr 2022, 14:57

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edim.

Bilirəm ki, səmimi təbriklər çox olacaq. Xahiş edirəm mənim də sadə və səmimi təbrikimi qəbul edin.

Mən Sizə bundan əvvəl də yazmışdım ki, ömrümün sonunadək Zati-alinizə dua edəcəyəm. Sizin xeyirxahlığınıza, səmimiliyinizə, şöhrətli ananız Zərifə Əliyevanın adını daşıyan məktəbimizə ikinci həyat bəxş edən əvəzsiz köməyinizə görə dua edəcəyəm. Allaha şükür edirəm ki, mənim taleyim ananızın adı ilə sıx bağlıdır.

Zati-aliləri, xahiş edirəm, bu əlamətdar gündə ən səmimi arzularımı qəbul edəsiniz. Bu arzular isə möhkəm cansağlığı, şəxsi səadət, möhtəşəm planlarınızın həyata keçməsinə Tanrının köməyi, Sizin gözəl ölkənizə sülh, xalqınıza firavanlıq diləklərindən ibarətdir.

Uca Allah Sizi və doğmalarınızı qorusun!

Dərin hörmətlə,

Valentina Antonenko

Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına humanitar “Linqvist” liseyinin direktoru,

Ukraynanın Əməkdar müəllimi, Azərbaycanın “Dostluq” ordeni laureatı

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55