08 dekabr 2022, 19:50

Kəmaləddin Abaslı və Üzeyir Şəkərovdan, Cəlilabad, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin Azərbaycana rəhbərlik etdiyiniz dövrdə ölkəmiz inkişaf və tərəqqi yolu ilə inamla irəliləmiş, saysız-hesabsız uğurlar və nailiyyətlər əldə etmişdir. Sizin verdiyiniz tapşırıqlar, imzaladığınız sərəncamlar əsasında, həm işğaldan azad edilmiş ərazilərdə, həm də digər şəhər və rayonlarda quruculuq işləri sürətlə davam etdirilir. Bütün bunlar Sizin qətiyyətinizi, möhkəm iradənizi, həmçinin ölkəmizin iqtisadi qüdrətini bir daha göstərir.

“Cəlilabad rayonunun Abazallı-Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Məmmədrzalı-Məşədilər-Dostallı-Şötüklü-Boyxanlı-Məlikqasımlı və Şiləvəngə-Adnalı-Bədirli avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında” 2022-ci il 30 noyabr tarixli Sərəncamınız bizi sevindirdi. Yeni yolun çəkilməsi ilə həm insanların rahat gediş-gəlişi təmin ediləcək, həm də kəndlərimizə yeni həyat qədəm qoyacaqdır.

Cənab Prezident, kəndimiz də daxil olmaqla, rayonumuzun bir sıra yaşayış məntəqələrini birləşdirən yolun çəkilməsi barədə sərəncamınıza görə Sizə Şiləvəngə kənd sakinləri adından dərin minnətdarlığımızı bildiririk.

İşləriniz hər zaman avand olsun.

Hörmətlə,

Kəmaləddin Abaslı

Üzeyir Şəkərov

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Şiləvəngə kəndi.