20:30

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuz şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası dekabrın 2-də istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov dövlətimizin başçısına məlumat verdi ki, ərazisi 0,4 hektar, ümumi sahəsi 3013 kvadratmetr olan bağçada 32 otaq vardır. Binada 5 qrup otağı, həkim bölməsi, musiqi zalı, yeməkxana, mətbəx, gimnastika, kompüter, metodist və yardımçı otaqlar yaradılıb.
Qeyd edildi ki, bina müasir avadanlıqlar, inventar və mebel dəstləri, videomüşahidə, yanğın əleyhinə təhlükəsizlik, eyni zamanda, mərkəzləşdirilmiş istilik sistemləri ilə təchiz olunub. Həyətyanı sahədə abadlıq və yaşıllaşdırma işləri görülüb, müasir işıqlandırma sistemi yaradılıb və uşaqlar üçün 5 ədəd söhbətgah quraşdırılıb.
Prezident İlham Əliyev qrup otaqları, oyun zalı, yeməkxana və həyətyanı sahədə yaradılmış şəraitlə tanış oldu.
Hörmətli cənab Prezident,
Peşəvər şəhərindəki məsciddə törədilmiş partlayış nəticəsində çox sayda insanın həlak olması və yaralanması barədə xəbər bizi olduqca kədərləndirdi.
Biz bu dəhşətli terror aktından son dərəcə...
02 fevral 2023, 16:30Hörmətli gənclər!
Sizi 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, yüksək əhvali-ruhiyyə və gələcək işlərinizdə uğurlar arzulayıram.
Ulu Öndər Heydər Əliyevin...
02 fevral 2023, 15:32Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə qərara alıram:
Dövlət gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə...
01 fevral 2023, 17:36Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109‑cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elm, təhsil,...
01 fevral 2023, 17:34Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2022-ci il noyabrın 29-da Əlcəzair şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik...
01 fevral 2023, 17:32Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2022-ci il avqustun 5-də Bakı şəhərində və dekabrın 12-də Helsinki şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət...
01 fevral 2023, 17:30