Azərbaycan Respublikasının Albaniya Respublikasında (Tirana şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

26 noyabr 2022, 16:12

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq qərara alır:                        

Azərbaycan Respublikasının Albaniya Respublikasında (Tirana şəhərində) Səfirliyi təsis edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 noyabr 2022-ci il