11:07
Əlahəzrət,
İsveç Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim firavanlıq...
06 iyun 2026, 11:07Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avropa Sosial Xartiyasının təsdiq edilməsi barədə”, “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlillərin hüquqları haqqında” Konvensiyanın Fakültativ Protokoluna qoşulmaq barəsində”, “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmaq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 11 oktyabr tarixli 608-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. “Hərbi qulluqçuların və onların ailələrinin sosial müdafiəsini gücləndirmək sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 4 iyun tarixli 827 nömrəli Fərmanında (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 11, maddə 430) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissədə “əlilləri” sözü “ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər” sözləri ilə və “əlil olmuş” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
1.2. 2-ci hissədə “əlil olmuş” sözləri “həmin əməliyyatlarda iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.
2. “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 759; 2002, № 12, maddə 728; 2003, № 8, maddə 438, № 9, maddə 472; 2005, № 3, maddə 162, № 5, maddə 399, № 7, maddə 593, № 8, maddə 714; 2006, № 2, maddə 90, № 3, maddə 227; 2007, № 1, maddə 7; 2008, № 5, maddə 373; 2017, № 3, maddə 372; 2020, № 12 (I kitab), maddə 1485; 2021, № 1, maddə 14) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. birinci abzasda “müdafiəsi zamanı əlil olanlara” sözləri “müdafiəsində iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə, “hadisələri zamanı əlil olanlara” sözləri “hadisələrində iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə, hər iki halda “əlillərinə” sözü “ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə və “əlil olmuş” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
2.2. altıncı abzasda “əlillərinə” sözü “nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə, “I və II qrup əlillərə” sözləri “orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə və “əlilləri” sözü “ilə əlaqədar əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 iyul tarixli 303 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 545, № 10, maddə 832) ilə təsdiq edilmiş “1941-1945-ci illər müharibəsində Qələbənin 60 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram”ın 24-cü və 25-ci hissələrinin “Tədbirlər” sütununda “əlillərinin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Avropa Sosial Xartiyasının təsdiq edilməsi barədə”, “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlillərin hüquqları haqqında” Konvensiyanın Fakültativ Protokoluna qoşulmaq barəsində”, “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmaq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 11 oktyabr tarixli 608-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 noyabr 2022-ci il
Əlahəzrət,
İsveç Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim firavanlıq...
06 iyun 2026, 11:07Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
İcazə verin, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə vətəndaşlarımız adından və öz adımdan Sizə səmimi təbriklərimi, ölkənizə...
05 iyun 2026, 18:49Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə Portuqaliya xalqı adından və şəxsən öz adımdan səmimi...
05 iyun 2026, 18:43Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Dost ölkənizin Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Fürsətdən...
05 iyun 2026, 17:07Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına Monqolustan xalqı adından səmimi təbriklərimi çatdırıram.
Məmnuniyyətlə...
05 iyun 2026, 16:20Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, xalqınıza davamlı tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan...
05 iyun 2026, 15:18Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
2-ci dərəcəli...
05 iyun 2026, 15:16Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan milli yığma komandasının 2026-cı il minifutbol üzrə Avropa çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının...
05 iyun 2026, 15:14Hörmətli iştirakçılar,
Hamınızı Ümumdünya Ətraf Mühit Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycanın regionda ilk dəfə olaraq bu qlobal tədbirə ev sahibliyi etməsi mühüm hadisədir. Bu, Azərbaycanın beynəlxalq...
05 iyun 2026, 12:00Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri cənab Prezident.
Dost Azərbaycan Respublikasının Müstəqillik Gününün ildönümü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan sevinc...
04 iyun 2026, 17:28Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.
Dost Azərbaycan Respublikasının Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Zati-alinizə ən səmimi...
04 iyun 2026, 17:27Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Allahın salamı, rəhməti və bərəkəti üzərinizdə olsun.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş...
04 iyun 2026, 17:26