Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Səmərqənddə “Lazgi” adlı baletə baxıb

10 noyabr 2022, 23:40
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Səmərqənddə “Lazgi” adlı baletə baxıb

Noyabrın 10-da Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Macarıstanın Baş nazirinin xanımı Aniko Levai Səmərqənd şəhərində Həmid Alimcan adına Səmərqənd Musiqili Dram Teatrında “Lazgi” adlı baletə baxıblar.

2019-cu ildən UNESCO-nun Hökumətlərarası Komitəsi “Lazgi – Xarəzm rəqsi”ni bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edib. Xarəzm torpağında yaranmış “Lazgi” rəqsi təbiətdəki səs və təzahürləri, sevgi və xoşbəxtlik hisslərinin hərəkətlərdə təcəssümüdür.

Hazırda “Lazgi” Özbəkistanın bütün regionlarında populyardır. Tamaşanın xoreoqrafı Berlin Milli Operası yanındakı balet məktəbinin məzunu Raul Raymondo Rebekdir. Rebekin Koreya Respublikasının “Universal Ballet” truppası üçün qurduğu “Bəyaz röya” birpərdəli tamaşası ötən il Astanada Avrasiya müasir rəqs festivalında maraqla qarşılandıqdan sonra “Lazgi” balet tamaşasının quruluşu da məhz ona həvalə edilib.

Bu rəqsə həsr olunan balet tamaşası Özbəkistan rəqs ənənələrini beynəlxalq mədəni mühitdə yaymağa kömək edir. Bu məqsədlə də ölkənin qeyri-maddi irsini tanıtmaq və özbək baletini məşhurlaşdırmaq üçün əsərin xarici ölkələrdə nümayişi nəzərdə tutulur.

Qeyd edək ki, hazırda “Lazgi”nin nümayiş olunduğu Həmid Alimcan adına Səmərqənd Musiqili Dram Teatrı Özbəkistanın ən böyük teatrlarından biridir. Görkəmli özbək şairi, yazıçısı və dramaturqu Həmid Alimcanın adını daşıyan teatr 1914-cü ildə rus, özbək və tacik aktyorları və rəssamları tərəfindən yaradılıb.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55