11:07
Əlahəzrət,
İsveç Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim firavanlıq...
06 iyun 2026, 11:07
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alır:
“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 10, maddə 709; 2004, № 1, maddə 6; 2007, № 6, maddə 563; 2008, № 5, maddə 345; 2009, № 8, maddə 615) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.12-ci maddədə “ərazi vahidlərinə və” sözləri “ərazi vahidlərinə, inzibati ərazi dairələrinə və sahə” sözləri ilə əvəz edilsin.
2. aşağıdakı məzmunda 2.13-cü, 5.4-1-ci və 11-1-ci maddələr əlavə edilsin:
“2.13. sahə inzibati ərazi dairəsi – rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin ərazisində və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində yerli dövlət hakimiyyəti orqanlarının yaradıldığı ərazidir.
5.4-1. Rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin ərazisində və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində dövlət hakimiyyəti orqanlarının əhaliyə yaxınlaşması və idarəetmənin səmərəliliyinin artırılması məqsədi ilə sahə inzibati ərazi dairələri yaradılır. Sahə inzibati ərazi dairəsi onun əhatə edəcəyi ərazidə yaşayan əhalinin sayının 20.000 nəfər və daha çox olması şərti ilə yaradılır. Əhalisinin sayı 20.000 nəfərdən az olan rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin ərazisində yalnız bir sahə inzibati ərazi dairəsi yaradıla bilər.
Maddə 11-1. Sahə inzibati ərazi dairələrinin yaradılması və ləğv edilməsi, onların adlandırılması və adlarının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsi
11-1.1. Azərbaycan Respublikasının ərazisində sahə inzibati ərazi dairələrinin yaradılması, ləğv edilməsi, onların adlandırılması və adlarının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəsatəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir.
11-1.2. Naxçıvan Muxtar Respublikasının ərazisində sahə inzibati ərazi dairələrinin yaradılması, ləğv edilməsi, onların adlandırılması və adlarının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir.
11-1.3. Sahə inzibati ərazi dairələrinin yaradılması, onların adlandırılması və adlarının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsi barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə aşağıdakı sənədlər əlavə olunur:
11-1.3.1. müvafiq icra hakimiyyəti orqanının sahə inzibati ərazi dairəsinin yaradılması, onun adlandırılması və adının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsinə dair qərarı;
11-1.3.2. irəli sürülən təklifin məqsədəuyğunluğunun əsaslandırılmasını, bu Qanunun 5.4-1-ci maddəsinə uyğunluğunu göstərən müvafiq icra hakimiyyəti orqanının izahat məktubu;
11-1.3.3. sahə inzibati ərazi dairələrinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xəritəsi.
11-1.4. Sahə inzibati ərazi dairəsinin ləğvinə həmin sahə inzibati ərazi dairəsinin ərazisində yaşayan əhalinin köçməsi, bir sahə inzibati ərazi dairəsinin digər sahə inzibati ərazi dairəsi ilə birləşməsi, sahə inzibati ərazi dairəsinin ərazisi bütövlükdə şəhər, qəsəbə və ya kənd inzibati ərazi dairəsi tərkibinə daxil olan ərazi vahidinin ərazisinə birləşdirilməsi, sahə inzibati ərazi dairəsinin bütün ərazisi hüdudlarında qəsəbə inzibati ərazi dairəsinin yaradılması və ya təbii fəlakətin doğurduğu nəticələrlə əlaqədar yol verilir. Sahə inzibati ərazi dairələrinin ləğv edilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə aşağıdakı sənədlər əlavə olunur:
11-1.4.1. müvafiq icra hakimiyyəti orqanının sahə inzibati ərazi dairəsinin ləğv edilməsinə dair qərarı;
11-1.4.2. sahə inzibati ərazi dairəsinin ləğv edilməsinin səbəbini göstərən müvafiq icra hakimiyyəti orqanının izahat məktubu.
11-1.5. Sahə inzibati ərazi dairələri birləşdikdə bu Qanunun 11-1.4-cü maddəsində göstərilmiş sənədlərə birləşmə nəticəsində yaranan sahə inzibati ərazi dairəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xəritəsi əlavə olunur.
11-1.6. Sahə inzibati ərazi dairəsi müvafiq şəhər inzibati ərazi vahidinin və şəhər rayonu inzibati ərazi vahidinin hüdudlarında nömrə ardıcıllığına uyğun olaraq adlandırılır.
11-1.7. Sahə inzibati ərazi dairəsinin hüdudları onların yaradıldığı rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsinin sərhədlərinə müvafiq olaraq müəyyən edilir və onlara uyğun olaraq dəyişdirilir.”.
3. 13.2-ci və 13.3-cü maddələrdə “ərazi vahidlərinə və” sözləri “ərazi vahidlərinə, inzibati ərazi dairələrinə və sahə” sözləri ilə əvəz edilsin.
4. 13-1-ci maddədə:
4.1. maddənin adında “ərazi vahidləri və” sözləri “ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə” sözləri ilə əvəz edilsin;
4.2. 13-1.1-ci maddədə “ərazi dairəsinin” sözlərindən sonra “və yaxud sahə inzibati ərazi dairəsinin” sözləri və “11.2-ci,” sözlərindən sonra “11-1.3.3-cü, 11-1.5-ci,” sözləri əlavə edilsin;
4.3. 13-1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“13-1.2. Bu Qanunun 7.4.5-ci, 7.6-cı, 8.4.5-ci, 10.3.4-cü, 11.2-ci, 11-1.3.3-cü, 11-1.5-ci və 12.3.2-ci maddələrində göstərilən xəritələrin təqdim edilməsi tələbi yalnız qeydə alınan və barəsində müvafiq dəyişikliklər edilməsi təklif edilən ərazi vahidlərinə və inzibati ərazi dairələrinə, yaxud sahə inzibati ərazi dairələrinə şamil edilir. Mövcud ərazi vahidlərinin və inzibati ərazi dairələrinin, yaxud sahə inzibati ərazi dairələrinin xəritələrinin təqdim edilməsi həmin ərazi vahidləri və ya inzibati ərazi dairələri, yaxud sahə inzibati ərazi dairələri Dövlət reyestrində olmadığı hallarda tələb olunur.”.
5. 14.2-ci maddədə “ərazi vahidlərinin və” sözləri “ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyun 2012-ci il.
Əlahəzrət,
İsveç Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim firavanlıq...
06 iyun 2026, 11:07Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
İcazə verin, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə vətəndaşlarımız adından və öz adımdan Sizə səmimi təbriklərimi, ölkənizə...
05 iyun 2026, 18:49Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə Portuqaliya xalqı adından və şəxsən öz adımdan səmimi...
05 iyun 2026, 18:43Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Dost ölkənizin Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Fürsətdən...
05 iyun 2026, 17:07Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına Monqolustan xalqı adından səmimi təbriklərimi çatdırıram.
Məmnuniyyətlə...
05 iyun 2026, 16:20Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, xalqınıza davamlı tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan...
05 iyun 2026, 15:18Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
2-ci dərəcəli...
05 iyun 2026, 15:16Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan milli yığma komandasının 2026-cı il minifutbol üzrə Avropa çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının...
05 iyun 2026, 15:14Hörmətli iştirakçılar,
Hamınızı Ümumdünya Ətraf Mühit Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycanın regionda ilk dəfə olaraq bu qlobal tədbirə ev sahibliyi etməsi mühüm hadisədir. Bu, Azərbaycanın beynəlxalq...
05 iyun 2026, 12:00Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri cənab Prezident.
Dost Azərbaycan Respublikasının Müstəqillik Gününün ildönümü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan sevinc...
04 iyun 2026, 17:28Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.
Dost Azərbaycan Respublikasının Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Zati-alinizə ən səmimi...
04 iyun 2026, 17:27Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Allahın salamı, rəhməti və bərəkəti üzərinizdə olsun.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş...
04 iyun 2026, 17:26