İlham Əliyev ölkəmizdə yol qəzası keçirən Binəli Yıldırıma, Şamil Ayrıma və mühafizəçi Oğuzhan Dəmirçiyə xəstəxanada baş çəkib

21 oktyabr 2022, 12:00
İlham Əliyev ölkəmizdə yol qəzası keçirən Binəli Yıldırıma, Şamil Ayrıma və mühafizəçi Oğuzhan Dəmirçiyə xəstəxanada baş çəkib

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Klinik Xəstəxanasına gələrək ölkəmizdə səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırıma, millət vəkili Şamil Ayrıma və mühafizəçi Oğuzhan Dəmirçiyə baş çəkib.

Dövlətimizin başçısı xəsarət alanlarla söhbət edib, onların tezliklə sağalmalarını arzulayıb.

Binəli Yıldırım, Şamil Ayrım və Oğuzhan Dəmirçi də öz növbəsində qəza yerindən operativ olaraq helikopterlə Bakıya xəstəxanaya çatdırılmalarına və onların dərhal tibbi müayinədən keçirilərək müalicə almalarına görə dövlətimizin başçısına və tibb heyətinə dərin minnətdarlıqlarını bildiriblər.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 09 noyabr 2026
14:00
Draqan Vladisavljeviçin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                            

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmət...

09 noyabr 2026, 14:00