Bakıda beşulduzlu “Four Seasons” otelinin açılışında İlham Əliyevin nitqi

03 sentyabr 2012, 17:10
Bakıda beşulduzlu “Four Seasons” otelinin açılışında İlham Əliyevin nitqi

-Əziz dostlar, mən sizin hamınızı “Four Seasons Baku” otelinin açılışı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Otelin fəaliyyətinə uğurlar arzulamaq istəyirəm. Azərbaycanda “Four Seasons” otelinin açılışı böyük hadisədir.

“Four Seasons” dünya şöhrətli otellər şəbəkəsidir və bir keyfiyyət rəmzidir. Mən çox şadam ki, otel həm xarici görünüşü, həm daxili dizaynı baxımından ən yüksək standartlara cavab verir. Hesab edirəm ki, “Four Seasons” otellərin arasında öz gözəlliyi ilə seçiləcək, fərqlənəcəkdir. Deyə bilərəm ki, Azərbaycanın ən gözəl oteli hazırda məhz “Four Seasons” otelidir.

Otel bir sənət, memarlıq əsəridir. Daxili dizayn zövq oxşayır. Burada hər şey böyük zövqlə, böyük məhəbbətlə təşkil edilibdir. Otaqlar çox rahatdır. Geniş iclas yerləri, istirahət zonaları, restoranlar, barlar, yəni, bir sözlə burada olan səviyyə artıq özü bir səviyyəni müəyyən edir.

Biz bir çox hallarda Azərbaycanda gedən quruculuq işlərinə Avropa, yaxud da ki, dünya standartları anlayışı ilə yanaşırıq. Amma hazırda Azərbaycanda yaradılan binalar, əsərlər artıq Azərbaycan standartlarını da formalaşdırır. “Four Seasons Baku” oteli dünya standartları, Azərbaycan standartları səviyyəsindədir. Mən buna çox sevinirəm.

Otelin yeri də çox gözəldir. Bu, şəhərimizin ən mərkəzi yerlərindən biridir - “Azneft” meydanıdır. Otelin bir tərəfində qədim İçərişəhər yerləşir. İçərişəhər bizim tarixi sərvətimizdir. O biri tərəfdə müasir bulvar yerləşir. Yəni, burada qalan qonaqların istirahət etmələri, şəhərimizlə tanış olmaları üçün bütün şərait vardır.

Otelin memarlığı da qədim Bakı memarlığına uyğundur. Bu otel Azərbaycana yaraşır, Azərbaycan isə “Four Seasons” otellər şəbəkəsinə qucaq açır. Mən çox şadam ki, belə möhtəşəm memarlıq və sənət əsəri Bakıdadır, Azərbaycandadır. Azərbaycan buna layiqdir. Bakıya gələn qonaqlar şəhərin gözəlliyi ilə tanış olacaq, eyni zamanda, bu gözəl oteldə istirahət edəcəklər.

Ölkəmizdə otellərin sayı getdikcə artır. Azərbaycanda son bir il ərzində bir neçə dünya şöhrətli otellər şəbəkəsi açılmışdır.

Onların sadəcə sadalanması onu göstərir ki, doğrudan da Bakı dünyanın mərkəzinə çevrilir. Son bir il, ya bir ilyarım ərzində “Kempinski”, “Hilton”, “Sheraton”, “Marriott”, “Jumeirah” və nəhayət, “Four Seasons” otellərinin açılması, növbəti aylarda “Fairmont” otelinin açılışı Azərbaycanın nəinki turizm potensialını, ümumiyyətlə, potensialını göstərir. Çünki mən başqa belə bir şəhər tanımıram ki, qısa müddət ərzində dünyanın aparıcı otelləri burada öz otellərini açsınlar. Bu, Azərbaycana olan inamın təzahürüdür. İnvestorların Azərbaycanın bu gününə, gələcəyinə olan inamının təzahürüdür.

Şəhərimizin sürətlə inkişaf etməsinin təzahürüdür.

Hazırda Bakıda dünyanın ən gözəl yerlərində olduğu kimi, infrastruktur, xidmət şəraiti, otellər, restoranlar, gəzinti yerləri vardır.

Bakı doğrudan da yaşamaq üçün çox gözəl şəhərə çevrilir. Bakının gözəlliyi üçün quruculuq, abadlıq işləri böyük diqqətlə, dəqiqliklə, həssaslıqla və zövqlə aparılır. Biz qədim tarixi simasını saxlamaqla şəhərimizi müasirləşdiririk. Yeni zonalar açılır. Vaxtilə bulvarın bundan sonrakı hissəsində köhnəlmiş gəmiqayırma, təmir zavodları yerləşmişdi. İnsanlar üçün bu yerlər qapalı idi. Ancaq bu köhnə zavodlar köçürüləndən və yeni bulvar zonası yaradılandan sonra görün insanlar üçün nə qədər böyük imkanlar yarandı! Orada xüsusi velosiped zolaqları, gəzinti üçün yerlər yaradıldı.

Bulvarın tarixi uzunluğu 3,5 kilometrə bərabərdir. İndi Bayraq Meydanındakı dənizkənarı zolaq ilə birlikdə bulvarın uzunluğu 14 kilometrə çatacaqdır. Bu, doğrudan da böyük işlərin təzahürüdür. Mən çox şadam ki, şəhərimiz gözəlləşir, inkişaf edir. Azərbaycanda gedən bütün proseslər müasir standartlara cavab verir. İqtisadiyyatımızın bu sektorunun inkişafı da Prezident kimi məni çox sevindirir. Qeyri-neft sektorunun, xidmət sahəsinin inkişafı ölkəmizin dayanıqlı inkişafından xəbər verir. Təsadüfi deyildir ki, bu ilin birinci altı ayında qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artmışdır.

Belə gözəl otellərin yaradılması Bakıya turistlərin, qonaqların cəlb edilməsi üçün də çox vacibdir. Çünki burada artıq qonaqları ən yüksək səviyyədə qəbul etmək üçün bütün şərait vardır. Nəzərə alsaq ki, xarici əlaqələrimiz genişlənir, bizim tərəfdaş ölkələrin sayı artır və demək olar Bakıda hər həftə müxtəlif beynəlxalq tədbirlər keçirilir, əminəm ki, otelin fəaliyyəti çox uğurlu olacaqdır. Bu, artıq otellər arasında bir flaqmandır, bir brenddir. Bu, doğrudan da böyük və tarixi hadisədir. Çünki siz, “Four Seasons”ın əməkdaşları yaxşı bilirsiniz ki, bu otel dünya miqyasında bir nömrəli otellər brendidir.

Çox şadam ki, burada işləyənlərin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Onlar həm son illər ərzində təhsil, təlim almış, həm də Azərbaycandan olan və “Four Seasons”ın başqa şəhərlərdəki otellərində fəaliyyət göstərən insanlardır ki, onlar indi öz Vətəninə qayıdıblar. Çünki onları Azərbaycana Vətən sevgisi bağlayır. Onların Vətənində, bizim Vətənimizdə indi işlər elə sürətlə gedir ki, burada istənilən yüksək səviyyəli məsələ həll oluna bilər. Bizi, azərbaycanlıları fərqləndirən cəhətlərdən biri də odur ki, biz öz Vətənimizə bağlıyıq. Öz Vətənimizdə elə şərait yaratmalıyıq ki, hazırda xaricdə yaşayan soydaşlarımızın böyük əksəriyyəti Azərbaycana gəlsin. Biz indi gəncləri oxumaq üçün xaricə göndəririk. Onlar da Vətən sevgisi ilə yaşayırlar və istəyirlər ki, Vətənə qayıtsınlar. Amma şərait olmalıdır. Azərbaycanda elə şərait olmalıdır ki, bütün dünyada yaşayan azərbaycanlılar öz ölkələri ilə fəxr etsinlər və bu, artıq reallıqdır.

Mən sizi ürəkdən salamlayıram. Əminəm ki, otelin fəaliyyəti çox uğurlu olacaqdır. Bir daha demək istəyirəm ki, Azərbaycanda “Four Seasons” otelinin açılması adi hadisə deyildir. Bu, doğrudan da ölkəmizin inamlı və uğurlu inkişafının təzahürüdür. Əgər ölkəmiz bu sürətlə inkişaf etməsəydi, - siz də bunu bilirsiniz, mən də bilirəm, - “Four Seasons” heç vaxt burada öz otelini açmazdı. Ona görə bu hadisənin çox böyük rəmzi mənası və böyük əhəmiyyəti vardır.

Mən sizin hamınızı ürəkdən təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.

XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 07 iyun 2025
14:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını...

07 iyun 2025, 14:50
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:26
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...

05 iyun 2025, 15:26
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:24
“Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:24
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:22
Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...

05 iyun 2025, 15:22
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

05 iyun 2025, 15:20
SƏNƏDLƏR Sərəncamlar 05 iyun 2025
15:08
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkilinin və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:   ...

05 iyun 2025, 15:08