13:25

Prezident İlham Əliyev Ümumdünya Turizm Agentliyinin Baş direktoru Taleb Rifaini qəbul etmişdir.
Dövlət başçısı paytaxtda və regionlarda turizm infrastrukturunun inkişaf etdirilməsi istiqamətində böyük işlərin görüldüyünü vurğuladı. Prezident İlham Əliyev Taleb Rifainin Azərbaycana səfərinin Ümumdünya Turizm Agentliyi ilə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.
Azərbaycana üçüncü dəfə səfər etməsini məmnunluqla qeyd edən Baş direktor Taleb Rifai hər gəlişi zamanı ölkəmizdə çox böyük inkişaf proseslərinin şahidi olduğunu dedi. O, turizm infrastrukturunun inkişaf etdirilməsi istiqamətində Azərbaycanda görülən işlərin razılıq doğurduğunu vurğuladı. Taleb Rifai Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən götürülmüş sitatların dərc olunduğu Prezidentlərin və dövlət başçılarının fikirlərindən ibarət qızıl kitabı dövlətimizin başçısına təqdim etdi.
Kitabda Azərbaycanın Dünya Turizm Təşkilatının “Qızıl Kitab” hərəkatına ilk qoşulan 26 ölkədən biri olduğu bildirilir, ölkəmizdə turizmin inkişaf etdirilməsi ilə bağlı bütün şəraitin mövcud olduğu qeyd edilir, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət xüsusi vurğulanır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilsin. ...
19 noyabr 2026, 10:03Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyət...
19 noyabr 2026, 10:02Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsi...
19 noyabr 2026, 10:01Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 327 (Cild I...
18 noyabr 2026, 14:24Hörmətli cənab Prezident,
Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Biz xoş və zəngin ənənələrə əsaslanan Azərbaycan-Latviya əlaqələrinin inkişafı...
18 noyabr 2026, 14:02Əlahəzrət,
Oman Sultanlığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali d...
18 noyabr 2026, 14:00
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...
17 noyabr 2026, 15:46Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...
17 noyabr 2026, 15:44Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəll...
17 noyabr 2026, 15:43