Türkmənistanın Prezidenti Zati-aliləri cənab Sərdar Berdiməhəmmədova

24 sentyabr 2022, 16:47

Hörmətli Sərdar Qurbanquliyeviç,

Türkmənistanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Bu gün qardaş Türkmənistanın sabit və dinamik inkişaf yolu ilə irəliləyərək siyasi, iqtisadi, sosial və digər sahələrdə böyük nailiyyətlər əldə etməsi bizi sevindirir.

Ortaq mənəvi dəyərlər, dini-mədəni köklər ilə bir-birinə bağlı olan, tarixən mehribanlıq və qarşılıqlı anlaşma şəraitində yaşamış xalqlarımızın iradəsi Azərbaycan-Türkmənistan əlaqələrinin əsasını təşkil edir. İkitərəfli və çoxtərəfli əlaqələrimizin ötən otuz ildə yüksələn xətt üzrə inkişaf etməsi və hazırkı strateji tərəfdaşlıq səviyyəsinə çatması məmnunluq doğurur. Biz münasibətlərimizin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk.

Əminəm ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə ölkələrimiz arasında dostluq münasibətlərinin, zəngin potensiala malik həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 sentyabr 2022-ci il

SƏNƏDLƏR Sərəncamlar 29 noyabr 2023
16:36
İ.İ.Vəliyevin Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi xidmətinin İcraya nəzarət və kadr məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İldırım İmran oğlu Vəliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi xidmətinin İcraya nəzarət və kadr məsələləri...

29 noyabr 2023, 16:36
SƏNƏDLƏR Sərəncamlar 29 noyabr 2023
16:34
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası təhlükəsizlik orqanlarının kadrlarının hazırlanması sahəsində xidmətlərinə, öz xidməti...

29 noyabr 2023, 16:34
SƏNƏDLƏR Sərəncamlar 29 noyabr 2023
13:40
Suqovuşan‒Kəlbəcər (9 km)‒Ağdərə‒Ağdam avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Otuz üç kilometr uzunluğu olan Suqovuşan‒Kəlbəcər (9 km)‒Ağdərə‒Ağdam avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan...

29 noyabr 2023, 13:40
SƏNƏDLƏR Sərəncamlar 27 noyabr 2023
14:55
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

27 noyabr 2023, 14:55