İndoneziya Respublikasının Prezidenti Coko Vidododan

24 sentyabr 2022, 11:05

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Bu əlamətdar gün - 1992-ci il sentyabrın 24-də İndoneziya Respublikası ilə Azərbaycan Respublikası arasında qurulan diplomatik əlaqələrin 30-cu ildönümü münasibətilə İndoneziya hökuməti və xalqı adından Zati-alinizə səmimi salamlarımı və təbriklərini çatdırıram.

Fürsətdən istifadə edərək İndoneziyanın müxtəlif sahələrdə ikitərəfli əlaqələrimizin genişlənməsinə verdiyi önəmi bir daha vurğulayıram. Ümidvaram ki, müxtəlif beynəlxalq forumlarda Azərbaycanla sıx əməkdaşlığı davam etdirəcəyik. Eyni zamanda, qlobal çağırışların hökm sürdüyü bir vaxtda hökumətlərimiz xalqlarımızın rifahı naminə ərzaq və enerji təhlükəsizliyini daha yaxşı təmin etmək üçün əməkdaşlığı bundan sonra daha da inkişaf etdirməlidir.

Cənab Prezident, son 30 il ərzində sürətlə inkişaf edən əməkdaşlığa və möhkəmlənən dostluğa görə Azərbaycan hökumətinə və xalqına dərin minnətdarlığımı ifadə edirəm.

Zati-aliləri, Sizə və Azərbaycan xalqına xoşbəxtlik, möhkəm cansağlığı və tərəqqi arzulayıram.

Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin.

Coko Vidodo

İndoneziya Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55