İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

05 sentyabr 2012, 19:30
İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazın etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Sonra səfir Rafael Harpaz etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Daha sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Səfir Rafael Harpaz İsrail Dövlətinin Prezidenti Şimon Peresin salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğu vurğulandı, münasibətlərimizin gələcək inkişafına dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlət başçısı Prezident Şimon Peresin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İsrail Dövlətinin başçısına çatdırmağı xahiş etdi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 09 may 2025
10:56
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 185-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel...

09 may 2025, 10:56