İlham Əliyev Tailandın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib

25 avqust 2022, 12:00
İlham Əliyev Tailandın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Tailand Krallığının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Apirat Suqondhabhiromun etimadnaməsini qəbul edib.

Səfir Apirat Suqondhabhirom etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı səfirlə söhbət etdi.

Prezident İlham Əliyev Azərbaycan-Tailand ikitərəfli münasibətlərinin çox yaxşı səviyyədə olduğunu qeyd edərək müxtəlif sahələrdə, xüsusən də Tailandda çox inkişaf edən turizm istiqamətində daha fəal şəkildə əməkdaşlığın həyata keçirilməsinin zəruriliyini bildirdi, texnologiya sahəsində əlaqələrin qurulmasının mümkünlüyünü vurğuladı. Azərbaycanda az sayda Tailand şirkətinin fəaliyyət göstərdiyini deyən dövlətimizin başçısı ölkələrimizin mövcud potensialı nəzərə alınaraq iqtisadi sahədə əlaqələrin genişlənəcəyinə ümidvar olduğunu dedi.

Azərbaycana gəlişindən məmnunluğunu ifadə edən Apirat Suqondhabhirom paytaxtımızın gözəlliyinin onda dərin təəssürat hissi yaratdığını söylədi. Səfir də öz növbəsində Azərbaycan ilə Tailandın mövcud potensialını qeyd edərək, müxtəlif istiqamətlərdə, o cümlədən turizm sahəsində əməkdaşlığın genişləndirilməsi və insanlarımız arasında əlaqələrin qurulması istiqamətində səylərini əsirgəməcəyini bildirdi.

Söhbət zamanı qida məhsullarının emalı sahəsində əməkdaşlıq məsələlərinə də toxunuldu.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 09 noyabr 2026
14:00
Draqan Vladisavljeviçin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                            

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmət...

09 noyabr 2026, 14:00