R.K.Teymurovun Azərbaycan Respublikasının Koreya Respublikasında və eyni zamanda Monqolustanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

19 avqust 2022, 18:07

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rəmzi Kazım oğlu Teymurov Azərbaycan Respublikasının Koreya Respublikasında və eyni zamanda Monqolustanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 avqust 2022-ci il