Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin doğum günü ilə əlaqədar paylaşım edib

17 avqust 2022, 10:00

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 80 illiyi ilə əlaqədar paylaşım edib.

Paylaşımda deyilir: “Unudulmaz və əziz Dost, nurlu xatirəni ehtiramla yad edirəm!”.