İlham Əliyev Əlcəzairin xarici işlər və xaricdəki milli icma nazirini qəbul edib

10 avqust 2022, 16:30
İlham Əliyev Əlcəzairin xarici işlər və xaricdəki milli icma nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Ramtan Lamamranı qəbul edib.

Ramtan Lamamra Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelməcid Tebbunun salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı. Nazir bildirdi ki, Əlcəzair Prezidenti Azərbaycanda gedən inkişaf proseslərini və Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına çox uğurlu rəhbərliyini böyük maraqla izləyir.

Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Abdelməcid Tebbuna çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı Əlcəzairin Qoşulmama Hərəkatı çərçivəsində ölkəmizin irəli sürdüyü təşəbbüslərə, eləcə də Azərbaycanın təşkilata sədrlik müddətinin uzadılması ilə bağlı qərara verdiyi dəstəyi yüksək qiymətləndirdi. Prezident İlham Əliyev OPEC+ formatında da Azərbaycanla Əlcəzairin uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğuladı. Gələcəkdə əməkdaşlığın daha səmərəli və fəal şəkildə aparılması üçün bir çox sahələrin mövcud olduğunu qeyd edən Prezident İlham Əliyev iqtisadi, ticarət, biznes və enerji sahələrində əlaqələri genişləndirməyin zəruriliyini bildirdi.

Prezident İlham Əliyev Ramtan Lamamranın ölkəmizə səfərinin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.

Qonaq bildirdi ki, gözəl, qardaş ölkə olan Azərbaycana səfərdən məmnundurlar və o, göstərilən qonaqpərvərliyə görə təşəkkür etdi. Öz növbəsində əlaqələrimizin genişlənəcəyinə əminliyini ifadə edən Ramtan Lamamra ölkələrimizin bir-birinə göstərdiyi dəstəyi vurğuladı, Azərbaycan ilə Əlcəzair arasında qarşılıqlı etimadın mövcudluğunu məmnunluqla qeyd etdi və bunun bir çox sahələrdə əməkdaşlığın möhkəmlənməsi üçün çox səmərəli nəticələr verə biləcəyini bildirdi.

gallery-photo
SƏNƏDLƏR Qanunlar 22 iyul 2026
14:26
“Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2026-cı il mayın 19-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

22 iyul 2026, 14:26
SƏNƏDLƏR Fərmanlar 22 iyul 2026
14:24
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 7 iyul tarixli 434-VIIQD nömrəli Qanununun tətbiqi və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 7 iyul...

22 iyul 2026, 14:24
SƏNƏDLƏR Fərmanlar 22 iyul 2026
14:16
“Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən...

22 iyul 2026, 14:16
SƏNƏDLƏR Fərmanlar 22 iyul 2026
14:14
“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən...

22 iyul 2026, 14:14