Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 3, maddə 172; 2012, № 2, maddə 68, № 5, maddə 426) ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”na aşağıdakı məzmunda 2.13-cü bənd əlavə edilsin:
“2.13. beynəlxalq konfranslarda, müşavirələrdə və başqa beynəlxalq tədbirlərdə Azərbaycan Respublikasının maraqlarını müdafiə edən digər rəhbər işçilər (Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin razılığı olduqda).”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 sentyabr 2012-ci il.