18:40

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 22 iyun tarixli 553-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 137.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.
2. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 278 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 257; 2015, № 5, maddə 542; 2018, № 3, maddə 447, № 4, maddə 679; 2020, № 5, maddə 563; 2021, № 6 (I kitab), maddə 565) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.1-ci bənddə “və 98.4-cü” sözləri “, 98.4-cü və 137.2-ci” sözləri ilə əvəz edilsin;
2.2. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
“2.1-1. həmin Məcəllənin 137.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 22 iyun tarixli 553-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 avqust 2022-ci il
Hörmətli konfrans iştirakçıları!
Bu gün Qlobal Cənubun həyatında vacib gündür. 100-dən artıq ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə ilk dəfə Qlobal Cənub QHT Platforması...
28 aprel 2025, 10:08Hörmətli cənab Prezident.
Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı və çox sayda yaralı barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak...
27 aprel 2025, 16:50Hörmətli cənab Prezident,
Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı...
27 aprel 2025, 10:47Hörmətli cənab Prezident,
Syerra-Leone Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu xoş gündə Sizə...
27 aprel 2025, 10:45Aprelin 26-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Dövlət başçıları Azərbaycanla Özbəkistan arasında dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik...
26 aprel 2025, 13:00