15:15
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Hikmət Baba oğlu Məmmədov...
16 aprel 2026, 15:15
İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov ilə təkbətək görüşü keçirilib.
Prezident İlham Əliyev Baş nazir Kiril Petkovu qarşıladı.
Sonra rəsmi foto çəkdirildi.
Azərbaycan Prezidenti İlham Əliyev qonağı salamlayaraq dedi:
- Cənab Baş nazir, xoş gəlmisiniz. Gəldiyinizə görə minnətdaram.
Bolqarıstanın Baş naziri Kiril Petkov: Çox sağ olun.
Prezident İlham Əliyev: Şəxsən görüşmək imkanına görə təşəkkür edirəm. Biz ikitərəfli münasibətlərimizə aid çox mühüm məsələləri müzakirə etmək üçün dəfələrlə telefonla söhbət etmişik. Şadam ki, hazırda Siz ölkəmizdə səfərdəsiniz. Beləliklə, əməkdaşlığımızın inkişafına dair fikir mübadiləsi üçün daha çox imkanımız və vaxtımız var.
Bolqarıstan ilə Azərbaycan strateji tərəfdaşdırlar. Biz nisbətən yaxın vaxtda müvafiq Bəyannaməni imzalamışıq. Bir sözlə, bu, olduqca yüksək səviyyəli əməkdaşlıqdır. Əlbəttə, strateji əməkdaşlıq bir çox sahələri, o cümlədən enerji təhlükəsizliyini əhatə edir. Bu mövzu hazırda qlobal gündəliyin ən üstün mövzularından biridir. Bu və digər məsələlər bu gün müzakirə olunacaq. Şadam ki, biz enerji sahəsində aramızda iş birliyini qurmuşuq. Bolqarıstana Cənub Qaz Dəhlizi üzrə artıq birbaşa xətt gedir. Bu, təbii ki, gələcəkdə böyük potensialı olacaq uzunmüddətli əməkdaşlıqdır. Lakin nəinki enerji, o cümlədən ticarət, sərmayələr, birgə müəssisələrin yaradılması, turizm kimi digər sahələr də var.
Dostlar arasında müzakirə olunacaq sahələr çoxdur. Ölkələrimiz dost ölkələrdir. Əminəm ki, bu dostluq gələcəkdə güclənəcək. Bir daha xoş gəlmisiniz.
x x x
Bolqarıstanın Baş naziri Kiril Petkov dedi:
- Sağ olun, Prezident Əliyev. Əvvəlcə təşəkkürümü bildirmək istəyirəm ki, son altı ay ərzində ehtiyac olan dövrdə Sizin əsl dost olduğunuzu gördük. Dostluq belə də olmalıdır. Mən, həmçinin tam anlayıram ki, iki ölkə arasında dostluğun uzun tarixi var və çox sahələri əhatə edir. Çox məmnunluqla öyrəndim ki, biz hətta enerji sahəsinə aid olmayan digər məsələləri - texnologiyaları, informasiya texnologiyalarını, kənd təsərrüfatını, tikintini də müzakirə edə bilərik.
Son illər ərzində gördüyünüz işlər mənə böyük təəssürat bağışladı. Siz üç beynəlxalq hava limanını tikməyə müvəffəq oldunuz və Şərq ilə Qərb arasında qovşağa çevrilə bildiniz.
Bolqarıstan Avropa İttifaqının üzvüdür. Siz nəinki ikitərəfli qaydada, o cümlədən Avropa İttifaqının üzvü olan Bolqarıstana arxalana bilərsiniz. Biz də Avropa İttifaqı Şurasının üzvüyük. Beləliklə, hesab edirəm ki, birlikdə olsaq üfüqlər çox geniş və perspektivli görünəcək.
Prezident İlham Əliyev: Bəli, çox sağ olun.




Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Hikmət Baba oğlu Məmmədov...
16 aprel 2026, 15:15
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Müdafiə haqqında”,...
15 aprel 2026, 16:19Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 6-cı, 10-cu, 16-cı və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin...
15 aprel 2026, 16:18Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının...
15 aprel 2026, 16:17Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 6-cı, 10-cu, 14-cü, 16-cı və 26-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Mülki...
15 aprel 2026, 16:16Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 371-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə...
15 aprel 2026, 16:15Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların hüquq və azadlıqlarını, həmin hüquq...
15 aprel 2026, 16:14Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017,...
15 aprel 2026, 16:13Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”...
14 aprel 2026, 16:09Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan...
14 aprel 2026, 16:08