İlham Əliyev Şabran dairəvi yolu və körpü kompleksinin açılışında iştirak etmişdir

12 avqust 2010, 12:01
İlham Əliyev Şabran dairəvi yolu və körpü kompleksinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun üzərində yerləşən Şabran dairəvi yolunun və körpü kompleksinin açılışında iştirak etmişdir.

İnşaatçılar dövlət başçısını hərarətlə qarşıladılar.

Nəqliyyat naziri Ziya Məmmədov məlumat verərək bildirdi ki, körpünün ümumi uzunluğu 540 metr, eni 23 metr, hündürlüyü isə 18 metrdir. Hərəkət hissəsi 4 zolaqdan ibarət olan körpünün hər iki tərəfində piyadalar üçün 1,5 metr enində səki salınmışdır. Körpünün üzərindəki ayırıcı zolaqda paslanmayan metaldan düzəldilmiş 23 işıq dirəyi quraşdırılmışdır.

Nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi üçün körpünün üzərində iki qoruyucu sədd düzəldilmişdir. Üçmərtəbəli dayaqlar üzərində tikilmiş körpü 16 aşırımdan ibarətdir. Hər aşırımın uzunluğu 32 metrdir.

Körpü 8-9 ballıq seysmik təsirlərə davam gətirməyə hesablanmışdır. Baş verə biləcək sel və daşqın sularının tənzimlənməsi üçün burada beton istinad divar nizamlayıcı sistem yaradılmışdır.

Körpünün inşa edildiyi ərazi sürüşmə zonası hesab edilirdi. Bu ərazidə 4 milyon kubmetr torpaq işi görülmüş, Şabran şəhərini su ilə təchiz edən, hər birinin tutumu 500 kubmetrlik üç su anbarı sürüşmə ərazisindən köçürülərək daha təhlükəsiz yerdə inşa edilmişdir. Ərazidəki qaztənzimləyici məntəqə də təhlükəsiz yerə köçürülmüşdür.

Bütün bu işlərdən sonra müasir standartlara cavab verən yol çəkilmiş və körpü ilə birləşdirilmişdir.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi, inşaatçıları təbrik etdi, görülmüş işləri yüksək qiymətləndirdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 02 iyun 2025
15:49
“Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 437 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya...

02 iyun 2025, 15:49
SƏNƏDLƏR Fərmanlar 02 iyun 2025
15:47
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 179-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

02 iyun 2025, 15:47
SƏNƏDLƏR Qanunlar 02 iyun 2025
15:45
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 15-ci və 26-cı bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda...

02 iyun 2025, 15:45