İlham Əliyev Xorvatiyanın sabiq Prezidentini qəbul edib

17 iyun 2022, 17:00
İlham Əliyev Xorvatiyanın sabiq Prezidentini qəbul edib

İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib.

Görüşdə Qlobal Bakı Forumunun önəminə toxunuldu, burada iştirak edənlərin sayının hər il daha da artdığı vurğulandı. Tədbirin gündəliyinin çox geniş olduğu bildirildi. Forumun beynəlxalq əməkdaşlığın genişləndirilməsi, geosiyasi vəziyyət, enerji, səhiyyə, iqlim məsələləri, mədəniyyətlərin dialoqu kimi sahələrlə bağlı müzakirələrin aparılması və yeni ideyaların yaranması üçün yaxşı platforma olduğu qeyd edildi.

gallery-photo
SƏNƏDLƏR Sərəncamlar 09 noyabr 2026
14:00
Draqan Vladisavljeviçin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                            

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmət...

09 noyabr 2026, 14:00