İlham Əliyev Venesuela Prezidenti Nikolas Maduro ilə videokonfrans formatında görüşüb

17 iyun 2022, 13:50
İlham Əliyev Venesuela Prezidenti Nikolas Maduro ilə videokonfrans formatında görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də ölkəmizdə işgüzar səfərdə olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə videokonfrans formatında görüşüb.

Görüşün videokonfrans formatında keçirilməsinə səbəb Venesuela nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.

Görüşdə Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun regional səfər çərçivəsində Azərbaycana səfər etməsinin önəminə toxunuldu və bu, siyasi münasibətlərimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirildi. Venesuela Prezidentinin bu səfərinin əlaqələrimizin inkişafına töhfə verəcəyinə əminlik ifadə olundu.

Nikolas Maduro Azərbaycana üçüncü dəfə səfər etməsindən məmnunluğunu bildirdi və Venesuelanın ölkəmizlə əlaqələrə böyük önəm verdiyini vurğuladı. Qonaq ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsinin zəruriliyini bildirdi, çoxtərəfli səviyyədə, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində görülən işləri müsbət qiymətləndirdi.

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Qoşulmama Hərəkatında ölkələrimizin birgə uğurlu fəaliyyət göstərdiyi qeyd edildi. Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyinin bir il də uzadılması məsələsində Venesuelanın dəstəyi vurğulandı. Azərbaycanın Qoşulmama Hərəkatının təməl prinsipləri olan Bandunq prinsiplərinə sadiq olduğu bildirildi.

Dövlətimizin başçısı vurğuladı ki, Venesuela hər zaman Ermənistan-Azərbaycan münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyib. Prezident İlham Əliyev qeyd etdi ki, münaqişə öz həllini tapıb, Azərbaycan ədaləti, beynəlxalq hüququ, ərazi bütövlüyünü özü bərpa edib. Dövlətimizin başçısı onu da bildirdi ki, ölkələrimiz hər zaman bir-birinin suverenliyini və müstəqilliyini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

Söhbət zamanı iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsi və biznes dairələri arasında birgə işbirliyinin zəruriliyi qeyd olundu. Bu baxımdan birgə investisiya layihələri, müştərək müəssisələrin yaradılması kimi məsələlərin müzakirəsinin böyük önəm daşıdığı bildirildi.

Görüşdə OPEC+ formatı çərçivəsində də ölkələrimizin uğurlu fəaliyyəti vurğulandı.

Dövlət başçıları ikitərəfli münasibətləri və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 08 dekabr 2023
13:26
Gədəbəy rayonunun Kiçik Qaramurad‒Cəfərli‒Əyrivəng‒Alnabat‒Kərimli‒İnəkboğan‒Göyəmli‒Şınıx‒Göyəlli‒Çobankənd‒Şahdağ‒Çiçəkli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. On yeddi min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Kiçik...

08 dekabr 2023, 13:26
SƏNƏDLƏR Sərəncamlar 08 dekabr 2023
13:24
Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Pirallahı rayonunun Pirallahı qəsəbəsi ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan...

08 dekabr 2023, 13:24
SƏNƏDLƏR Fərmanlar 07 dekabr 2023
14:45
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

07 dekabr 2023, 14:45
SƏNƏDLƏR Fərmanlar 06 dekabr 2023
19:10
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında...

06 dekabr 2023, 19:10
SƏNƏDLƏR Fərmanlar 06 dekabr 2023
19:08
“Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1010-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 535 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər...

06 dekabr 2023, 19:08
SƏNƏDLƏR Qanunlar 06 dekabr 2023
19:06
Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu (Azərbaycan...

06 dekabr 2023, 19:06
SƏNƏDLƏR Fərmanlar 06 dekabr 2023
19:00
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012,...

06 dekabr 2023, 19:00