İlham Əliyev ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

03 sentyabr 2012, 15:00
İlham Əliyev ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarın etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Birləşmiş Ştatların səfiri Riçard Morninqstar etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Riçard Morninqstar ilk dəfə Azərbaycana 1995-ci ildə səfər etdiyini, 2002-ci ildə isə ölkəmizdə qarşılıqlı mübadilə proqramları çərçivəsində həyata keçirilən beynəlxalq təhsil üzrə Amerika şuraları ilə birgə təşkil olunan konfransda xanımı ilə iştirak etdiyini və xalqımızın ümummilli lideri Heydər Əliyevlə və Prezident İlham Əliyevlə görüşlərini məmnunluqla xatırladı.

Dövlət başçısı Riçard Morninqstarı Azərbaycanda görməyindən məmnunluğunu ifadə etdi. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Riçard Morninqstara son 20 ildə münasibətlərimizin yaxınlaşmasına və eləcə də ölkəmizin iqtisadi inkişafına verdiyi töhfəyə görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı Bakı-Tbilisi-Ceyhan və digər enerji layihələrinin reallaşması istiqamətində ABŞ-ın dəstəyini və Riçard Morninqstarın şəxsi rolunu yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Riçard Morninqstarın Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini bildirdi. 

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 13 may 2025
16:59
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi...

13 may 2025, 16:59
SƏNƏDLƏR Sərəncamlar 13 may 2025
16:57
B.V.Əhmədovun Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsini rəhbər tutaraq qərara alıram:

1. Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin...

13 may 2025, 16:57
SƏNƏDLƏR Sərəncamlar 12 may 2025
15:27
“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29...

12 may 2025, 15:27
SƏNƏDLƏR Fərmanlar 12 may 2025
15:25
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

12 may 2025, 15:25
SƏNƏDLƏR Qanunlar 12 may 2025
15:23
“Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

12 may 2025, 15:23