10:58
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə iştirak etmək üçün Prezident Administrasiyasına...
06 noyabr 2024, 10:58Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Türkmənistan və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi münasibətilə Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan Sizə və ölkənizin bütün qardaş xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Ötən illər ərzində ölkələrimiz arasında mənəvi-mədəni dəyərlərin birliyinə, həmçinin hüquq bərabərliyi və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan ikitərəfli dostluq əlaqələri, o cümlədən qarşılıqlı faydalı tərəfdaşlıq layiqincə inkişaf edir, davamlı olaraq genişlənir.
Hazırda Türkmənistan və Azərbaycan Respublikası siyasi-diplomatik, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə müvəffəqiyyətlə əməkdaşlıq edirlər.
Zamanın sınağından keçmiş faydalı əməkdaşlığın möhkəmlənməsi və inkişafı üçün bundan sonra da lazımi səyləri göstərməyə hazır olduğumuzu təsdiq edirik.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə yeni müvəffəqiyyətlər, bütün Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram.
Dərin hörmətlə,
Sərdar Berdiməhəmmədov
Türkmənistanın Prezidenti
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə iştirak etmək üçün Prezident Administrasiyasına...
06 noyabr 2024, 10:58
Noyabrın 5-də Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub.
Azərbaycan...
05 noyabr 2024, 22:12
Hörmətli Sammit iştirakçıları!
Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.
Bu gün dünyamızın...
05 noyabr 2024, 10:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin...
04 noyabr 2024, 13:02Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...
04 noyabr 2024, 13:00
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Orxan Rüfət oğlu Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin...
01 noyabr 2024, 16:37Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı - İnqilab Gününün 70-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən...
01 noyabr 2024, 11:09