Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovdan

27 may 2022, 15:22

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Qaraçay-Çərkəz Respublikasının çoxmillətli xalqı adından və şəxsən öz adımdan Sizi və günəşli Azərbaycanın bütün sakinlərini Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan əcdadların ənənələrinin müasir həyatda heyrətamiz şəkildə birləşdiyi dövlətdir. Onu əminliklə dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri adlandırmaq olar. Şübhəsiz ki, bu, təkcə bu ölkənin çoxşaxəli iqtisadiyyatı və əlverişli coğrafi mövqeyi ilə deyil, həm də onun investorları və turistləri cəlb edən bənzərsiz insanlarının əməksevərliyi və qonaqpərvərliyi ilə bağlıdır. Əminəm ki, Azərbaycanın və Qaraçay-Çərkəz Respublikasının ikitərəfli əməkdaşlığı bundan sonra da respublikalarımızın sosial-iqtisadi inkişafına şərait yaradacaq və xalqlarımızın mənafelərinə xidmət edəcək.

Sizə və Azərbaycanın bütün sakinlərinə səmimi-qəlbdən xoşbəxtlik, uğurlar, əmin-amanlıq və firavanlıq arzu edirəm.

Hörmətlə,

Rəşid Temrezov

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55