Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billahdan

25 may 2022, 13:54

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına şəxsən öz adımdan və Kraliça adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Əminik ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikası daha güclü iqtisadi tərəqqiyə nail olacaqdır.

Məmnuniyyətlə qeyd edirik ki, Malayziya ilə Azərbaycan arasında səmimi münasibətlər bundan sonra da davam edəcəkdir. Ölkələrimiz arasındakı çoxşaxəli əməkdaşlığın xalqlarımızın rifahı naminə daha da möhkəmlənməsini arzu edirik.

Allah-Taala Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan Respublikasına, onun xalqına sülh və firavanlıq bəxş etsin.

Hörmətlə,

Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah

Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain

Billah

Malayziyanın Kralı

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55