Mərakeşin Kralı VI Məhəmməddən

24 may 2022, 19:13

Azərbaycan Respublikasının PrezidentiZati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, əziz qardaşım.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə şəxsən öz adımdan və Mərakeş xalqı adından ən səmimi təbriklərimi, həmçinin möhkəm cansağlığı və xoşbəxtlik arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Azərbaycan xalqına isə daha böyük tərəqqi və firavanlıq diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasındakı qardaşlıq əlaqələrini yüksək dəyərləndirirəm. Əminəm ki, bu münasibətlərin iki qardaş xalqın rifahı naminə daha da inkişaf etməsinə və genişlənməsinə Siz də mənim qədər önəm verirsiniz.

Hörmətlə,

VI Məhəmməd

Mərakeşin Kralı

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20