Sinqapur Respublikasının Prezidenti Həlimə Yaqubdan

23 may 2022, 11:13

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sinqapur xalqı adından ölkənizə və xalqınıza səmimi təbriklərimi yetirir, həmçinin davamlı sülh, tərəqqi və xoşbəxtlik diləyir, ən xoş arzularımı çatdırıram.

Sinqapur qlobal təhdidlərə qarşı kollektiv mübarizəmizi gücləndirmək üçün bundan sonra da beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edəcək.

Hörmətlə,

Xanım Həlimə Yaqub

Sinqapur Respublikasının Prezidenti 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55