19:10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfirliyində olub, görkəmli dövlət xadimi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verib.
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı səfiri Məhəmməd Əl Bluşi dövlətimizin başçısını qarşıladı.
Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazdı.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar bir daha başsağlığı verən Prezident İlham Əliyev məhz onun səyləri nəticəsində bu gün BƏƏ-nin sürətli inkişafa nail olduğunu xüsusi vurğuladı. Eyni zamanda, yeni Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəhbərliyi ilə də ölkənin bu inkişaf yolunu davam etdirəcəyinə əminliyini ifadə etdi.
Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla dostluq və qardaşlıq münasibətlərinin əməkdaşlığın daha da genişlənməsi işinə öz töhfəsini verəcəyini bildirdi.
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi səfirliyə gələrək Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verməsinə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi və bunu ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin təzahürü kimi dəyərləndirdi. Səfir əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini bildirdi. Məhəmməd Əl Bluşi münasibətlərimizin inkişafında dövlətimizin başçısı ilə BƏƏ-nin yeni Prezidenti arasındakı şəxsi əlaqələrin xüsusi rolunu qeyd etdi.


Hörmətli cənab Prezident.
Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Polşa xalqına öz adımdan və Azər...
10 noyabr 2026, 11:41Hörmətli cənab Prezident.
Əziz Qardaşım.
İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların...
10 noyabr 2026, 11:39Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmət...
09 noyabr 2026, 14:00Əlahəzrət,
Kamboca Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Kamboca arasında münasibətlərin yüksələn x...
09 noyabr 2026, 11:22