Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında ƏSASNAMƏ

14 aprel 2022, 17:57

Azərbaycan Respublikası Prezidentinin

2022-ci il 14 aprel tarixli

Fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra – Xidmət) hərbi geyim forması Xidmətin hərbi qulluqçuları üçün müəyyən edilmiş hərbi geyim əşyaları, fərqləndirmə nişanları və hərbi ləvazimat dəstidir.

1.2. Hərbi geyim əşyalarına aşağıdakılar aiddir:

1.2.1. üst geyimləri – qış paltosu, qış yarımpaltosu, dəri gödəkçə, demisezon gödəkçə, kitel, gödəkçələr, şalvar, yubka və s.;

1.2.2. baş geyimləri – buxara papaq, papaq, qış papağı, qulaqlı papaq, furajka, şlyapa, pilotka və s.;

1.2.3. ayaqqabılar – ayaqqabı, botinka, uzunboğaz çəkmə və s.;

1.2.4. digər əşyalar – köynəklər, yun köynəklər, şərflər, əlcəklər, qalstuklar və s.

1.3. Hərbi qulluqçuların fərqləndirmə nişanları – hərbi geyim formasında rəmzlərlə şərti təsvir olunmaqla, hərbçinin dövlət mənsubiyyətini, Xidmətə, hərbi rütbəyə, hərbi qulluqçuların heyətinə mənsubiyyətini göstərir.

1.4. Hərbi rütbəyə görə və hərbi qulluqçuların heyətinə görə fərqləndirmə nişanları və onların təsvirləri bu Əsasnamənin 5-ci hissəsi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim formasının və fərqləndirmə nişanlarının təsvirləri” ilə müəyyən edilir.

1.5. Fərqləndirmə nişanlarına poqonlar, poqondakı nişanlar (emblemlər, ulduzlar və s.), qol, döş və yaxa nişanları (tikmələr), baş geyimlərindəki nişanlar (kokardalar), kantlar və lampaslar aiddir. Bundan əlavə, hərbi geyim formasındakı rəng, biçim, geyimin komplektliyi, düymələr və geyimin başqa detalları kimi digər xarici fərqləndirmə əlamətlərindən də həmin məqsədlərlə istifadə edilir.

1.6. Hərbi ləvazimata qılınc, aşırma qayış, şalvar qayışı, səhra jileti, əşya kisəsi, qumquma, bel üçün üzlüklər, səhra çantası, qobur və s. daxildir.

1.7. Hərbi geyim forması mərasim, gündəlik, səhra geyim formalarına və xüsusi geyimlərə, onlardan hər biri isə öz növbəsində qış və yay geyimlərinə bölünür.

1.8. Mərasim geyim forması xüsusilə təntənəli hallarda, istirahət və bayram günlərində, habelə xidmətdənkənar vaxtda geyinilmək üçün nəzərdə tutulmuşdur.

1.9. Səhra geyim forması döyüş şəraitində, naryadlarda, toplanışlarda, təlimlərdə və təlim mərkəzlərindəki məşğələlərdə geyinilmək üçün nəzərdə tutulmuşdur.

1.10. Xüsusi geyimlər xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçirən, avtomobillərin, texniki avadanlıq və vasitələrin təmiri ilə məşğul olan hərbi qulluqçular üçün nəzərdə tutulmuşdur.

1.11. Gündəlik geyim forması qalan bütün hallarda geyinilir.

1.12. Konkret tədbirlərdə (sıra baxışlarında, sıra düzümlərində, müşavirələrdə və s.) iştirak etmək üçün geyim formasını, tapşırıqların xarakteri və yerinə yetirilməsi şəraiti nəzərə alınmaqla, həmin tədbirləri keçirən rəislər müəyyən edirlər.

1.13. Hərbi geyim formasını daşımaq hüququna Xidmətdə həqiqi hərbi xidmət keçən bütün hərbi qulluqçular, toplanışlara çağırılmış hərbi vəzifəlilər, habelə ehtiyata və ya istefaya buraxılmış hərbi geyim forması daşımaq hüququ olan şəxslər malikdirlər.

1.14. Hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyinməsi qadağandır.

1.15. Hərbi qulluqçular hərbi geyim formasını Xidmət rəisinin təsdiq etdiyi “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim formasını daşıma qaydaları”na uyğun olaraq daşıyırlar.

1.16. Hərbi qulluqçular hərbi geyim forması ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normalar üzrə təmin edilirlər.

1.17. Xüsusi geyimin və hərbi ləvazimatın tərkibi, təsviri və onları daşıma qaydalarını Xidmətin rəisi müəyyən edir.

2. Mərasim geyim forması

2.1. Xidmətin hərbi qulluqçularının mərasim geyim formasının tərkibinə aşağıdakılar aiddir:

2.1.1. qış paltosu – açıq boz rəngli;

2.1.2. kitel – tünd zeytun rəngli;

2.1.3. şalvar – tünd zeytun rəngli;

2.1.4. yubka – tünd zeytun rəngli;

2.1.5. şalvar qayışı – qara rəngli;

2.1.6. aşırma qayış – qızılı rəngli;

2.1.7. köynək – ağ rəngli;

2.1.8. qalstuk – qara rəngli;

2.1.9. əlcək – ağ rəngli;

2.1.10. şərf – ağ rəngli;

2.1.11. corablar (qadınlar üçün bədən dərisi rəngli neylon və ya yarımyun uzunboğaz) – qara rəngli;

2.1.12. ayaqqabı – qara rəngli;

2.1.13. uzunboğaz çəkmə – qara rəngli;

2.1.14. baş geyimləri – ali zabitlər üçün boz rəngli təbii qaragül dərisindən buxara papaq və papaq, polkovniklər üçün boz rəngli təbii qaragül dərisindən qulaqlı papaq və qış papağı, digər hərbi qulluqçular üçün boz rəngli süni xəzdən qulaqlı papaq və qış papağı, hərbi qulluqçuların bütün kateqoriyaları üçün tünd zeytun rəngli furajka və tünd zeytun rəngli şlyapa;

2.1.15. qılınc;

2.1.16. qadın çantası – qara rəngli.

2.2. Qış paltosu açıq boz rəngli yun parçadan tikilir, qızılı rəngdə üç böyük forma düyməsi ilə düymələnir, ikibortludur, qatlanan yaxalıqlıdır, yaxalıq taxılıb-çıxarılandır. Ali zabitlər üçün qış paltosunun yaxalığının kənarı boyunca və qol köbəsinin üstündən qırmızı rəngli mahuddan kant tikilir. Yaxalıq ali zabitlər və polkovniklər üçün təbii qaragül dərisindən, digər hərbi qulluqçular üçün boz rəngli süni xəzdəndir. Paltonun layları yanlardan köklənmişdir və düz kəsmə, qapaqlı cibləri vardır. Kürək hissəsinin ortasında aşağıda şlitsa ilə tamamlanan tikiş vardır. Bel səviyyəsində qış paltosunun böyür tikiş yerlərinə bərkidilmiş qızılı rəngli iki böyük forma düyməsi ilə düymələnən tənzimləyici kəmərcik vardır. Qollar ikitikişli, köbəli, içəridən tikiləndir. Vatinlə istiləşdirilmiş astarın ətəkləri sərbəstdir. Astarında iki kəsmə qoltuq cibi vardır. Yun parçadan hazırlanan qış paltosunun elə həmin parçadan tikilmə poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər qızılı rəngli orta forma düyməsi və ilgəklə düymələnir. Qış paltosunun sağ (qadınlar üçün - sol) bortuna yaxanı düymələmək üçün qış paltosunun rənginə uyğun adi düymə tikilmişdir. Qış paltosunun sağ qolunun xarici səthinə dövlət mənsubiyyətini bildirən, sol qolunun xarici səthinə Xidmətə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanları tikilir. Döşəmədən qış paltosunun ətəyinədək olan məsafə 40-42 sm-dir (şəkillər 1 – 3).

2.3. Kitel tünd zeytun rəngli parçadan tikilir. Açıq, birbortlu, qatlanan yaxalıqlıdır. Bortu ortadan qızılı rəngdə dörd (qadınlar üçün - üç) böyük forma düyməsi ilə düymələnir. Kitelin layları kəsmə yan hissəli olub, qabaqdan köklənmişdir. Hər bir layın üstdən tikilmiş və orta forma düymələri ilə düymələnən, şaquli qırçınlı, fiqurlu qapaqlı döş cibi, habelə fiqurlu qapaqları forma düymələri ilə düymələnən düz kəsmə cibi vardır. Kürək hissəsinin ortasında aşağıda şlitsa ilə tamamlanan tikiş vardır. Qolları ikitikişli, köbəli, içəridən tikiləndir. Kitel ətəyinədək astarlıdır. Astarında iki kəsmə qoltuq cibi vardır. Kostyum parçasından hazırlanan kitelin elə həmin parçadan tikilmə poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər qızılı rəngli orta forma düyməsi ilə və ilgəklə düymələnir. Kitelin yaxalığının künclərinə ali zabitlər üçün palıd budaqları şəklində qızılı rəngli tikmə, digər hərbi qulluqçular üçün qızılı rəngli metal yaxa nişanı bərkidilir. Ali zabitlər üçün kitelin yaxalığının kənarı boyunca və qol köbəsinin üstündən qırmızı rəngli mahuddan kant tikilir. Kitelin sağ qolunun xarici səthinə dövlət mənsubiyyətini bildirən, sol qolunun xarici səthinə Xidmətə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanları tikilir (şəkillər 4 – 6).

2.4. Şalvar tünd zeytun rəngli kostyum parçasından tikilir. Tikilmə qurşaq aşırma ilgəklə düymələnir. Şalvarın kəsmə yan cibləri, qurşağının sol yarısındakı tikiş yerində saat cibi, arxadan sağ tərəfdə qapaqlı kəsmə cibi vardır. Şalvarın miyançası qarmaq və zəncirbəndlə bağlanılır, yaxud üç-dörd düymə ilə düymələnir. Qurşaqda kəmər üçün yeddi ensiz halqa vardır. Ali zabitlərin şalvarına qırmızı rəngli mahuddan lampas, digər hərbi qulluqçuların şalvarına qırmızı rəngli mahuddan kant tikilir (şəkillər 4 və 5).

2.5. Yubka tünd zeytun rəngli parçadan tikilir. Tikilmə qurşaqlıdır, sarjadan, yaxud sətindən astarı olur. Arxasında zəncirbənd və şlitsa vardır. Qabaqdan iki parçadan ibarətdir. Arxa və ön hissələri bel səviyyəsində köklənmişdir (şəkillər 4 və 6).

2.6. Şalvar qayışı qara rəngdədir.

2.7. Aşırma qayış qızılı rəngdədir və yalnız zabitlər üçün nəzərdə tutulur.

2.8. Köynək uzunqol olmaqla, ağ rəngli köynəklik parçadan hazırlanır. Tikilmə dik yaxalıqlıdır. Bortu ortadan düymələnir. Poqonlar üçün kəmərcikləri, şaquli qırçınlı, fiqurlu qapaqlı iki döş cibi vardır. Qolları manjetli və yarıqlıdır. Kəmərciklər, bortlar, fiqurlu qapaqlar və manjetlər adi düymələrlə düymələnir. Kürəyi koketkalıdır. Ətəyi qurşaqlı, yanlardan rezinlidir. Qadın hərbi qulluqçular üçün köynəyin qabağı yan tikişlərlə köklənmişdir.

2.9. Qalstuk qara rəngli parçadan tikilir. İti ucla tamamlanan uzanmış trapesiyaşəkilli əsas hissədən, metal ilgəkli rezinli qaytandan və sabit düyündən ibarətdir. Qalstuk qızılı rəngli metal sıxacla taxılır (şəkil 52).

2.10. Əlcək ağ rəngdədir. Yun və ya ipək parçadan hazırlanır.

2.11. Şərf ağ rəngdədir. Yun və ya ipək parçadan hazırlanır. Ölçüləri 120x20 sm-dir.

2.12. Corablar qara rəngdədir. Qadın hərbi qulluqçular bədən dərisi rəngində neylon və ya yarımyun uzunboğaz corablar geyinirlər.

2.13. Kişi yay ayaqqabısı qara rəngli, laklıdır. Qış ayaqqabısı qara rəngli xromdan hazırlanır. Ayaqqabının tənzimləyici rezinciyi və üst hissəsində bir zolaq tikişi vardır. Dabanı qəliblənmişdir, altlığı göndəndir, burnu və arxa hissəsi möhkəmləndirilmişdir. Zəncirbəndi və ya bağları vardır. Qadın yay ayaqqabısı qara rəngli, laklı, alçaqdabandır, burnu ensizdir, arxa hissəsi möhkəmləndirimişdir. Qadın qış ayaqqabısı qara rəngli xromdan hazırlanır, altlığı qəliblənmişdir, burnu və arxa hissəsi möhkəmləndirilmişdir.

2.14. Uzunboğaz çəkmə qara rəngli xromdan hazırlanır. Dabanı orta ölçüdədir, burnu ensizdir. Zəncirbəndlə bağlanılır. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir. Qadın hərbi qulluqçular bu çəkməni mərasim və gündəlik qış geyim formaları ilə geyinirlər.

2.15. Buxara papaq boz rəngli təbii qaragül dərisindən tikilir. Xarici üst hissəsi qırmızı rəngli parça ilə örtülür və üzərində qızılı rəngli xətlər vardır. Buxara papağın içində ipək astar vardır. Ali zabitlər üçün papaq boz rəngli təbii qaragül dərisindən tikilir. Günlük qara rəngli dəridəndir, günlüyün üstünə ali zabitlər üçün müəyyən edilmiş özünəməxsus qızılı rəngdə naxışı olan qara rəngli üzlük tikilir. Papağın içində ipək astar vardır. Kişi hərbi qulluqçular üçün qulaqlı papaq boz rəngli süni xəzdəndir, polkovniklər üçün boz rəngli təbii qaragül dərisindən tikilir. Silindr formalıdır, dibcikdən, dövrədən və qulaqlıqlardan (buxara papaq istisna olmaqla) ibarətdir. Qulaqlı papağın içində sarja astar, polkovniklər üçün ipək astar vardır. Qadın hərbi qulluqçular üçün qış papağı boz rəngli süni xəzdəndir, polkovniklər üçün boz rəngli təbii qaragül dərisindən tikilir. Təpə hissəsi tünd zeytun rəngli parçadandır, oval formalıdır. Qış papağının içində sarja astar, polkovniklər üçün ipək astar vardır (şəkil 36).

2.16. Furajka tünd zeytun rəngli parçadan tikilir, oval formalı dibcikdən, təpə, dövrə, günlük hissələrindən, hərbi qulluqçuların heyətinə uyğun olaraq qızılı və qara rəngli çənəaltı qayışcıqdan və kiçik forma düymələrindən ibarətdir. Kitelin hazırlandığı parçadan hazırlanır. Təpə hissəsinin kənarına həmin parçadan eni 3 mm olan kant tikilir. Dibciyin alt hissəsi boyunca eni 3 mm olan tünd qırmızı rəngli kant tikilir. Qabaq hissədə furajkanın dövrəsində qızılı rəngli tikmə kokarda vardır. Günlük zabitlər üçün tünd zeytun, gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular üçün isə qara rənglidir. Günlüyün üstünə ali və baş zabitlər üçün müəyyən edilmiş özünəməxsus qızılı rəngdə naxışı olan üzlük tikilir (şəkil 37).

2.17. Qadın hərbi qulluqçular üçün nəzərdə tutulmuş şlyapa tünd zeytun rəngli parçadan tikilir, oval formalı dibcikdən, təpə, dövrə, günlük hissələrindən, hərbi qulluqçuların heyətinə uyğun olaraq qızılı və qara rəngli çənəaltı qayışcıqdan və kiçik forma düymələrindən ibarətdir. Kitelin tikildiyi parçadan hazırlanır. Kənarları yanlardan və arxadan azca qaldırılmışdır. Kənarlarının eni 9 sm-dir. Təpə hissəsinin kənarına həmin parçadan eni 3 mm olan kant tikilir. Şlyapanın qabaq hissəsinin ortasında qızılı rəngdə tikmə kokarda vardır. Günlük tünd zeytun rənglidir. Günlüyün üstünə ali və baş zabitlər üçün müəyyən edilmiş özünəməxsus qızılı rəngdə naxışı olan üzlük tikilir (şəkil 37).

2.18. Qılınc yalnız zabitlər üçün nəzərdə tutulur.

2.19. Qadın əl çantası qara rəngdədir (şəkil 51).

3. Gündəlik geyim forması

3.1. Xidmətin hərbi qulluqçularının gündəlik geyim formasına aşağıdakılar aiddir:

3.1.1. qış yarımpaltosu – tünd zeytun rəngli;

3.1.2. dəri gödəkçə – tünd qəhvəyi rəngli;

3.1.3. demisezon gödəkçə – tünd zeytun rəngli;

3.1.4. kitel – tünd zeytun rəngli;

3.1.5. qış (yay) idarə geyiminin gödəkçələri – uzunqol və qısaqol, tünd zeytun rəngli;

3.1.6. yun köynək – tünd zeytun rəngli;

3.1.7. şalvar (qadınlar üçün – yubka və şalvar) - tünd zeytun rəngli;

3.1.8. şalvar qayışı – qara rəngli;

3.1.9. köynək – uzunqol və qısaqol, sarıya çalan açıq qəhvəyi rəngli;

3.1.10. mayka – uzunqol və qısaqol, sarıya çalan açıq qəhvəyi rəngli;

3.1.11. qalstuk – qara və tünd zeytun rəngli;

3.1.12. şərf – tünd zeytun rəngli;

3.1.13. əlcək – qara rəngli;

3.1.14. corablar (qadınlar üçün bədən dərisi rəngli neylon və ya yarımyun uzunboğaz) – qara (göy) rəngli;

3.1.15. ayaqqabı – qara rəngli;

3.1.16. uzunboğaz çəkmə – qara rəngli;

3.1.17. baş geyimləri – ali zabitlər üçün boz və tünd qəhvəyi rəngli təbii qaragül dərisindən papaqlar, polkovniklər üçün boz rəngli təbii qaragül dərisindən qulaqlı papaq və qış papağı, digər hərbi qulluqçular üçün boz rəngli süni xəzdən qulaqlı papaq və qış papağı, hərbi qulluqçuların bütün kateqoriyaları üçün tünd zeytun rəngli furajka, tünd zeytun rəngli şlyapa və tünd zeytun rəngli pilotka;

3.1.18. qadın əl çantası – qara rəngli.

3.2. Qış yarımpaltosu tünd zeytun rəngli parçadan tikilir. Mərkəzdən dörd böyük adi düymə ilə gizli düymələnən, qatlanan boyunluqlu, laskanlıdır. Yaxalıq süni dəridəndir və taxılıb-çıxarılandır. Laylarında yan kəsmə qapaqlı ciblər vardır. Kürək hissəsinin ortasında aşağıda şlitsa ilə tamamlanan tikiş vardır. Qolları ikitikişli, köbəli, içəridən tikiləndir. Vatinlə istiləşdirilmiş astarlıdır. Astarında iki kəsmə qoltuq cibi vardır. Ali zabitlər üçün qış yarımpaltosunun qol köbəsinin üstündən qırmızı rəngli mahuddan kant tikilir. Ali zabitlər və polkovniklər üçün yaxalıq boz rəngli təbii qaragül dərisindəndir. Qış yarımpaltosu ali zabitlər üçün tikilmə, digər hərbi qulluqçular üçün taxılıb-çıxarılan poqonlarla geyinilir. Qış yarımpaltosunun öz rəngində taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər adi düymə ilə və ilgəklə düymələnir. Qış yarımpaltosunun sağ qolunun xarici səthinə dövlət mənsubiyyətini bildirən, sol qolunun xarici səthinə Xidmətə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanları tikilir (şəkillər 7 – 10).

3.3. Dəri gödəkçə tünd qəhvəyi rəngli dəridən tikilir. Mərkəzdən gizli zəncirbəndlə bağlanılan, qatlanan boyunluqlu, laskanlıdır. Yaxalıq tünd qəhvəyi rəngli təbii qaragül dərisindəndir və taxılıb-çıxarılandır. Laylarında yan kəsmə qapaqlı ciblər vardır. Kürək hissəsinin ortasında aşağıda şlitsa ilə tamamlanan tikiş vardır. Qolları ikitikişli, köbəli, içəridən tikiləndir. Vatinlə istiləşdirilmiş astarlıdır. Astarında iki kəsmə qoltuq cibi vardır. Gödəkçənin öz rəngində taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər adi düymə ilə və ilgəklə düymələnir. Ali zabitlər bu gödəkçəni gündəlik qış geyim formasında geyinirlər (şəkil 11).

3.4. Demisezon gödəkçə tünd zeytun rəngli parçadandır. Bortları zəncirbəndlə bağlanılır, astarlıdır. Laylarında yan kəsmə qapaqlı ciblər vardır. Kürəyi bütöv, düz siluetlidir. Qolları təktikişlidir. Aşağı kənarlarına elastik trikotaj manjet tikilmişdir. Tikilmə dik yaxalıqlıdır. Gödəkçənin yaxalığının künclərində ali zabitlər üçün palıd budaqları şəklində qızılı rəngli tikmə yaxa nişanı yerləşir. Gödəkçə ali zabitlər üçün tikilmə, digər hərbi qulluqçular üçün taxılıb-çıxarılan poqonlarla geyinilir. Gödəkçənin öz rəngində taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər basmadüymə ilə düymələnir. Gödəkçənin sağ qolunun xarici səthinə dövlət mənsubiyyətini bildirən, sol qolunun xarici səthinə Xidmətə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanları tikilir (şəkillər 12 – 14).

3.5. Kitel tünd zeytun rəngli parçadan tikilir. Açıq, birbortlu, qatlanan yaxalıqlıdır. Bortu ortadan qızılı rəngdə dörd (qadınlar üçün - üç) böyük forma düyməsi ilə düymələnir. Kitelin layları kəsmə yan hissəli olub, qabaqdan köklənmişdir. Hər bir layın üstdən tikilmiş və orta forma düymələri ilə düymələnən, şaquli qırçınlı, fiqurlu qapaqlı döş cibi, habelə fiqurlu qapaqları forma düymələri ilə düymələnən düz kəsmə cibi vardır. Kürək hissəsinin ortasında aşağıda şlitsa ilə tamamlanan tikiş vardır. Qolları ikitikişli, köbəli, içəridən tikiləndir. Kitel ətəyinədək astarlıdır. Astarında iki kəsmə qoltuq cibi vardır. Kostyum parçasından hazırlanan kitelin elə həmin parçadan tikilmə poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər qızılı rəngli orta forma düyməsi ilə və ilgəklə düymələnir. Kitelin yaxalığının künclərinə ali zabitlər üçün palıd budaqları şəklində qızılı rəngli tikmə, digər hərbi qulluqçular üçün qızılı rəngli metal yaxa nişanı bərkidilir. Ali zabitlər üçün kitelin yaxalığının kənarı boyunca və qol köbəsinin üstündən qırmızı rəngli mahuddan kant tikilir. Kitelin sağ qolunun xarici səthinə dövlət mənsubiyyətini bildirən, sol qolunun xarici səthinə Xidmətə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanları tikilir (şəkillər 15 – 17).

3.6. Qış (yay) idarə geyiminin gödəkçəsi tünd zeytun rənglidir. Gödəkçə düz siluetlidir, astarlıdır, qatlanan yaxalıqlıdır, ön hissəsi mərkəzdən zəncirbəndlə bağlanılır, kürəyi bütöv biçimlidir. Yay idarə geyiminin gödəkçəsinin qolları qısadır, qollar qol dibinə tikiləndir. Gödəkçənin öz rəngində taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər adi düymə ilə və ilgəklə düymələnir. Gödəkçənin qurşağı manjetlidir. Gödəkçənin sol və sağ ətəyinin döş nahiyəsinə iç tərəfdən asılma ciblər tikilmişdir. Gödəkçələrin yaxalığında ali zabitlər üçün palıd budaqları şəklində qızılı rəngli tikmə, digər hərbi qulluqçular üçün isə sarı rəngli tikmə yaxa nişanı vardır (şəkillər 20 – 25).

3.7. Yun köynək tünd zeytun rəngli yundan toxunur. Yaxası üçbucaq şəkilli açıqdır. Aşağı kənarlarına manjet tikilmişdir, zəncirbəndlə bağlanılır. Yun köynəyin çiyin və dirsək hissələrinə köynəyin öz rəngində möhkəm parçadan əlavə qatlar tikilir. Yun köynəyin öz rəngində taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər kiçik adi düymə ilə və ilgəklə düymələnir. Sol qolunun xarici səthinə cib tikilir. Üzərində heç bir fərqləndirmə nişanı yoxdur (şəkillər 18 və 19).

3.8. Şalvar tünd zeytun rəngli kostyum parçasından tikilir. Tikilmə qurşaq aşırma ilgəklə düymələnir. Şalvarın kəsmə yan cibləri və arxadan sağ tərəfində qapaqlı kəsmə cibi vardır. Şalvarın miyançası qarmaqla və zəncirbəndlə bağlanılır. Qurşaqda kəmər üçün yeddi ensiz halqa vardır. Qış (yay) idarə geyimləri istisna olmaqla, ali zabitlərin şalvarına qırmızı rəngli mahuddan lampas, digər hərbi qulluqçuların şalvarına qırmızı rəngli mahuddan kant tikilir.

3.9. Yubka tünd zeytun rəngli parçadan tikilir. Tikilmə qurşaqlıdır, sarja, yaxud sətin astarı vardır. Arxasında zəncirbənd və şlitsa vardır. Qabaqdan iki parçadan ibarətdir. Arxa və ön hissələri bel səviyyəsində köklənmişdir.

3.10. Şalvar qayışı qara rəngdədir.

3.11. Köynək uzunqol və qısaqol olmaqla, sarıya çalan açıq qəhvəyi rəngli köynəklik parçadan tikilir. Tikilmə dik yaxalıqlıdır. Bortu ortadan düymələnir. Poqonlar üçün kəmərcikləri, şaquli qırçınlı fiqurlu qapaqlı iki döş cibi vardır. Qolları yarıqlı və manjetlidir (yalnız uzunqol köynəkdə). Kəmərciklər, bortlar, fiqurlu qapaqlar və manjetlər adi düymələrlə düymələnir. Kürəyi koketkalıdır. Ətəyi qurşaqlı, yanlardan rezinlidir. Qadın hərbi qulluqçular üçün köynəyin qabağı yan tikişlərlə köklənmişdir. Köynək tünd zeytun rəngli taxılıb-çıxarılan poqonlarla geyinilir (şəkillər 20 – 25).

3.12. Mayka uzunqol və qısaqol olmaqla, sarıya çalan açıq qəhvəyi rəngli pambıq parçadan tikilir. Yaxası boğaza kimidir. Qış (yay) idarə geyiminin gödəkçəsi ilə daşınmaq üçün nəzərdə tutulmuşdur.

3.13. Qalstuk ali zabitlər üçün qara rəngli, digər hərbi qulluqçular üçün tünd zeytun rəngli parçadan tikilir. İti ucla tamamlanan uzanmış trapesiyaşəkilli əsas hissədən, metal ilgəkli rezinli qaytandan və sabit düyündən ibarətdir. Qalstuk qızılı rəngdə metal sıxacla taxılır (şəkil 52).

3.14. Şərf tünd zeytun rənglidir, qış yarımpaltosunun yaxalığının altından səliqə ilə qatlanmış vəziyyətdə salınır. Yun parçadan hazırlanır. Ölçüləri 120x20 sm-dir.

3.15. Əlcək qara rəngli dəridəndir.

3.16. Corab qara (göy) rəngdədir. Qadın hərbi qulluqçular bədən dərisi rəngində neylon və ya yarımyun uzunboğaz corab geyinirlər.

3.17. Ayaqqabı qara rəngdədir. Qış ayaqqabısı qara rəngli xromdandır. Tənzimləyici rezinciyi vardır, dabanı qəliblənmişdir, altlığı göndəndir, zəncirbəndi və ya bağları vardır. Qadın yay ayaqqabısı qara rəngli, alçaqdabandır, burnu ensiz, arxa hissəsi möhkəmləndirilmişdir. Qadın qış ayaqqabısı qara rəngli xromdan hazırlanır. Altlığı qəliblənmişdir, burnu və arxa hissəsi möhkəmləndirilmişdir.

3.18. Uzunboğaz çəkmə qara rəngli xromdan hazırlanır. Dabanı orta ölçüdədir, burnu ensizdir. Zəncirbəndlə bağlanılır, burnu və arxa hissəsi möhkəmləndirilmişdir. Qadın hərbi qulluqçular bu çəkməni mərasim və gündəlik qış geyim formaları ilə geyinirlər.

3.19. Ali zabitlər üçün papaq boz və tünd qəhvəyi rəngli təbii qaragül dərisindən tikilir. Günlük boz rəngli təbii qaragül dərisindən olan papaqda qara rəngli dəridən, tünd qəhvəyi rəngli təbii qaragül dərisindən olan papaqda tünd qəhvəyi rəngli dəridəndir, üstünə özünəməxsus qızılı rəngdə naxışı olan üzlük tikilir. Papaqların içində ipək astar vardır. Qulaqlı papaq boz rəngli süni xəzdəndir, polkovniklər üçün boz rəngli təbii qaragül dərisindən tikilir. Silindr formalıdır, dibcikdən, dövrədən və qulaqlıqlardan (buxara papaq istisna olmaqla) ibarətdir. Qulaqlı papağın içində sarja astar, polkovniklər üçün ipək astar vardır. Qadın hərbi qulluqçular üçün qış papağı boz rəngli süni xəzdəndir, polkovniklər üçün boz rəngli təbii qaragül dərisindən tikilir. Təpə hissəsi tünd zeytun rəngli parçadandır, oval formalıdır. Qış papağının içində sarja astar, polkovniklər üçün ipək astar vardır (şəkil 36).

3.20. Furajka tünd zeytun rəngli parçadan tikilir, oval formalı dibcikdən, təpə, dövrə, günlük hissələrindən, hərbi qulluqçuların heyətinə uyğun olaraq qızılı və qara rəngli çənəaltı qayışcıqdan və kiçik forma düymələrindən ibarətdir. Kitelin hazırlandığı parçadan hazırlanır. Təpə hissəsinin kənarına həmin parçadan eni 3 mm olan kant tikilir. Dibciyin alt hissəsi boyunca eni 3 mm olan tünd qırmızı rəngli kant tikilir. Qabaq hissədə furajkanın dövrəsində qızılı rəngli tikmə kokarda vardır. Günlük zabitlər üçün tünd zeytun, gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular üçün isə qara rənglidir. Günlüyün üstünə ali və baş zabitlər üçün müəyyən edilmiş özünəməxsus qızılı rəngdə naxışı olan üzlük tikilir (şəkil 37).

3.21. Qadın hərbi qulluqçular üçün nəzərdə tutulmuş şlyapa tünd zeytun rəngli parçadan tikilir, oval formalı dibcikdən, təpə, dövrə, günlük hissələrindən, hərbi qulluqçuların heyətinə uyğun olaraq qızılı və qara rəngli çənəaltı qayışcıqdan və kiçik forma düymələrindən ibarətdir. Kitelin tikildiyi parçadan hazırlanır. Kənarları yanlardan və arxadan azca qaldırılmışdır. Kənarlarının eni 9 sm-dir. Təpə hissəsinin kənarına həmin parçadan eni 3 mm olan kant tikilir. Şlyapanın qabaq hissəsinin ortasında qızılı rəngdə tikmə kokarda vardır. Günlük tünd zeytun rənglidir. Günlüyün üstünə ali və baş zabitlər üçün müəyyən edilmiş özünəməxsus qızılı rəngdə naxışı olan tünd zeytun rəngli üzlük tikilir (şəkil 37).

3.22. Pilotka tünd zeytun rəngli parçadan tikilir. Pilotkaların yan səthinin yuxarı hissəsində ali zabitlər üçün 5 mm, digər zabitlər üçün 2 mm enində qızılı rəngli zolaq tikilir (şəkil 37).

3.23. Qadın əl çantası qara rəngdədir, gündəlik geyim forması ilə daşınır (şəkil 51).

4. Səhra geyim forması

4.1. Xidmətin hərbi qulluqçularının səhra geyim formasının tərkibinə aşağıdakılar aiddir:

4.1.1. istiləşdirilmiş qış gödəkçəsi – kamuflyaj rəngli;

4.1.2. istiləşdirilmiş qış şalvarı – kamuflyaj rəngli;

4.1.3. qış gödəkçəsi – kamuflyaj rəngli;

4.1.4. qış şalvarı – kamuflyaj rəngli;

4.1.5. yay gödəkçəsi – kamuflyaj rəngli;

4.1.6. yay şalvarı – kamuflyaj rəngli;

4.1.7. yun köynək – kamuflyaj rəngli;

4.1.8. uzunqol və qısaqol mayka – kamuflyaj rəngli pambıq parçadan;

4.1.9. şərf – kamuflyaj rəngli yun (pambıq) parçadan;

4.1.10. uzunboğaz botinka – sarıya çalan açıq qəhvəyi rəngli;

4.1.11. əlcək – açıq qəhvəyi rəngli;

4.1.12. corab – qara rəngli;

4.1.13. papaq – tünd qəhvəyi rəngli təbii qaragül dərisindən, qulaqlı papaq və qış papağı - boz rəngli süni xəzdən, polkovniklər üçün - boz rəngli təbii qaragül dərisindən;

4.1.14. qış furajkası – kamuflyaj rəngli;

4.1.15. şalvar qayışı – tünd zeytun rəngli;

4.1.16. yay furajkası – kamuflyaj rəngli;

4.1.17. uzunqol və qısaqol alt paltarı – qara rəngli pambıq parçadan;

4.1.18. su keçirməyən plaş-örtük – kamuflyaj rəngli.

4.2. İstiləşdirilmiş qış gödəkçəsi kamuflyaj rəngli parçadan tikilir, qatlanan boyunluqludur. Gödəkçənin öz rəngində taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər basmadüymə ilə düymələnir. Gödəkçə ətəyinə qədər astarlıdır. Kürəyi bütövdür. Qolları ikitikişlidir, dirsək hissələrinə gödəkçənin öz rəngində əlavə qat tikilmişdir, qollarının ağzı kəmərciklidir. Gödəkçənin içərisində bel səviyyəsindən tənzimləyici qaytan keçirilir. Gödəkçə bel kəmərsiz geyinilir. Ali zabitlər üçün gödəkçənin tünd qəhvəyi rəngli təbii qaragül dərisindən taxılıb-çıxarılan yaxalığı vardır. Gödəkçənin yaxalığının künclərinə ali zabitlər üçün palıd budaqları şəklində tünd yaşıl rəngli, digər hərbi qulluqçular üçün isə (hüquqşünas və tibb profilli hərbi uçot ixtisaslarına malik olan zabitlər istisna olmaqla) eyni rəngli tikmə yaxa nişanı bərkidilir. Gödəkçənin sağ döş cibinin qapağı üzərinə üstündə hərbi qulluqçunun soyadı, inisialı və qan qrupu (rezus-faktor) göstərilən kamuflyaj rəngli döş nişanı tikilir. Ali zabitlər üçün gödəkçənin sol döş cibinin qapağı üzərinə vəzifəsi göstərilən kamuflyaj rəngli döş nişanı tikilir. Laylarında yan kəsmə qapaqlı cibləri vardır. Gödəkçənin sol qolunun xarici səthinə Xidmətə mənsubiyyəti bildirən tünd yaşıl rəngli fərqləndirmə qol nişanı tikilir (şəkillər 26 – 28).

4.3. İstiləşdirilmiş qış şalvarı istiləşdirilmiş astar əlavə edilməklə kamuflyaj rəngli parçadan tikilir. Şalvarla birlikdə biçilmiş qurşağı, üstdən tikilmiş və adi, görünməyən düymələrlə düymələnən, qapaqlı yan, qapaqlı kəsmə arxa və kəsmə yan cibləri vardır. Qurşaqda yan tikiş yerlərinin üstündə belin ölçüsünü tənzimləyən, iki düymə ilə düymələnən iki kəmərcik və ləvazimat gəzdirmək üçün yeddi enli halqa vardır. Şalvarın miyançası biri qurşaqda olan dörd düymə ilə düymələnir. Şalvarın diz hissələrinə kamuflyaj rəngli parçadan əlavə qat tikilir. Şalvarın balaqlarında enli elastik lentdən üzəngilər vardır (şəkillər 26 – 28).

4.4. Qış gödəkçəsi kamuflyaj rəngli parçadan tikilir, qatlanan boyunluqludur. Gödəkçənin öz rəngində taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər adi düymə ilə və ilgəklə düymələnir. Gödəkçə ətəyinə qədər astarlıdır. Kürəyi bütövdür. Qolları ikitikişlidir, dirsək hissələrinə gödəkçənin öz rəngində əlavə qat tikilmişdir. Gödəkçənin içərisində bel səviyyəsindən tənzimləyici qaytan keçirilir. Qolları yarıqlı və manjetlidir, öz rəngində orta forma düyməsi ilə və ilgəklə düymələnir. Gödəkçə bel kəmərsiz geyinilir. Gödəkçənin yaxalığının künclərinə ali zabitlər üçün palıd budaqları şəklində tünd yaşıl rəngli, digər hərbi qulluqçular üçün (hüquqşünas və tibb profilli hərbi uçot ixtisaslarına malik olan zabitlər istisna olmaqla) eyni rəngli tikmə yaxa nişanı bərkidilir. Gödəkçənin sağ döş cibinin qapağı üzərinə üstündə hərbi qulluqçunun soyadı, inisialı və qan qrupu (rezus-faktor) göstərilən kamuflyaj rəngli döş nişanı tikilir. Ali zabitlər üçün gödəkçənin sol döş cibinin qapağı üzərinə vəzifəsi göstərilən kamuflyaj rəngli döş nişanı tikilir. Laylarında yan kəsmə qapaqlı cibləri vardır. Gödəkçənin sol qolunun xarici səthinə Xidmətə mənsubiyyəti bildirən tünd yaşıl rəngli fərqləndirmə qol nişanı tikilir (şəkillər 29 – 31).

4.5. Qış şalvarı kamuflyaj rəngli parçadan tikilir, astarlıdır. Şalvarla birlikdə biçilmiş qurşağı, üstdən tikilmiş və adi, görünməyən düymələrlə düymələnən, qapaqlı yan, qapaqlı kəsmə arxa və kəsmə yan cibləri vardır. Qurşaqda yan tikiş yerlərinin üstündə belin ölçüsünü tənzimləyən, iki düymə ilə düymələnən iki kəmərcik və ləvazimat gəzdirmək üçün yeddi enli halqa vardır. Şalvarın miyançası biri qurşaqda olan dörd düymə ilə düymələnir. Şalvarın diz hissələrinə kamuflyaj rəngli parçadan əlavə qat tikilir. Şalvarın balaqlarında enli elastik lentdən üzəngilər vardır (şəkillər 29 – 31).

4.6. Yay gödəkçəsi kamuflyaj rəngli parçadan tikilir, qatlanan boyunluqludur. Gödəkçənin öz rəngində taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər adi düymə ilə və ilgəklə düymələnir. Gödəkçə ətəyinə qədər astarlıdır. Kürəyi bütövdür. Qolları ikitikişlidir, dirsək hissələrinə gödəkçənin öz rəngində əlavə qat tikilmişdir. Gödəkçənin içərisində bel səviyyəsindən tənzimləyici qaytan keçirilir. Qolları yarıqlı və manjetlidir, öz rəngində orta forma düyməsi ilə və ilgəklə düymələnir. Gödəkçə bel kəmərsiz geyinilir. Gödəkçənin yaxalığının künclərinə ali zabitlər üçün palıd budaqları şəklində tünd yaşıl rəngli, digər hərbi qulluqçular üçün isə (hüquqşünas və tibb profilli hərbi uçot ixtisaslarına malik olan zabitlər istisna olmaqla) eyni rəngli tikmə yaxa nişanı bərkidilir. Gödəkçənin sağ döş cibinin qapağı üzərinə üstündə hərbi qulluqçunun soyadı, inisialı və qan qrupu (rezus-faktor) göstərilən kamuflyaj rəngli döş nişanı tikilir. Ali zabitlər üçün gödəkçənin sol döş cibinin qapağı üzərinə vəzifəsi göstərilən kamuflyaj rəngli döş nişanı tikilir. Laylarında yan kəsmə qapaqlı cibləri vardır. Gödəkçənin sol qolunun xarici səthinə Xidmətə mənsubiyyəti bildirən tünd yaşıl rəngli fərqləndirmə qol nişanı tikilir (şəkillər 32 – 34).

4.7. Yay şalvarı kamuflyaj rəngli parçadan tikilir. Şalvarla birlikdə biçilmiş qurşağı, üstdən tikilmiş və adi, görünməyən düymələrlə düymələnən, qapaqlı yan, qapaqlı kəsmə arxa və kəsmə yan cibləri vardır. Qurşaqda yan tikiş yerlərinin üstündə belin ölçüsünü tənzimləyən, iki düymə ilə düymələnən iki kəmərcik və ləvazimat gəzdirmək üçün yeddi enli halqa vardır. Şalvarın miyançası biri qurşaqda olan dörd düymə ilə düymələnir. Şalvarın diz hissələrinə kamuflyaj rəngli parçadan əlavə qat tikilir. Şalvarın balaqlarında enli elastik lentdən üzəngilər vardır (şəkillər 32 – 34).

4.8. Yun köynək kamuflyaj rənglidir, yundan toxunulur. Yaxası boğaza kimidir. Aşağı kənarlarına manjet tikilmişdir. Yun köynəyin çiyin və dirsək hissələrinə köynəyin öz rəngində möhkəm parçadan əlavə qatlar tikilir. Yun köynəyin öz rəngində taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər kiçik adi düymə ilə və ilgəklə düymələnir. Sol qolunun xarici səthinə cib tikilir. Üzərində heç bir fərqləndirmə nişanı yoxdur.

4.9. Uzunqol və qısaqol maykalar kamuflyaj rəngli pambıq parçadan tikilir. Yaxası boğaza kimidir.

4.10. Şərf kamuflyaj rəngli yun (pambıq) parçadan hazırlanır. Ölçüləri 120x20 sm-dir.

4.11. Uzunboğaz botinka sarıya çalan açıq qəhvəyi rəngdədir. Dabanı və altlığı bütövdür, qəliblənmişdir. Bağları vardır, burnu və arxa hissəsi möhkəmləndirilmişdir.

4.12. Əlcək açıq qəhvəyi rəngli yundan toxunulur.

4.13. Corab qara rəngdədir və uzunboğaz botinka ilə geyinilir.

4.14. Papaq ali zabitlər üçün tünd qəhvəyi rəngli təbii qaragül dərisindən tikilir. Günlüyün üstünə ali zabitlər üçün müəyyən edilmiş özünəməxsus tünd yaşıl rəngdə naxışı olan kamuflyaj rəngli üzlük tikilir, günlük bərk materialdan hazırlanır. Papağın içində ipək astar vardır. Qulaqlı papaq və qış papağı boz rəngli süni xəzdəndir, polkovniklər üçün boz rəngli təbii qaragül dərisindən tikilir. Papaqların tünd yaşıl rəngli tikmə kokardası vardır (şəkillər 36 və 38).

4.15. Qış furajkası kamuflyaj rəngli parçadan hazırlanır. Üç yan, bir ön xişdəkdən, qulaqlıqdan (ali zabitlər istisna olmaqla) və günlük hissələrdən ibarətdir. İstiləşdirilmiş astarı vardır. Furajkanın ön xişdəyi üzərində hərbi qulluqçuların heyətləri üçün müəyyən edilmiş tünd yaşıl rəngli tikmə kokarda vardır. Günlük üzərinə kamuflyaj rəngli parça çəkilmiş bərk materialdan hazırlanır. Günlüyün üstündə ali və baş zabitlər üçün müəyyən edilmiş özünəməxsus tünd yaşıl rəngli tikmə naxış vardır (şəkil 38).

4.16. Şalvar qayışı tünd zeytun rənglidir.

4.17. Yay furajkası kamuflyaj rəngli parçadandır. Üç yan, bir ön xişdəkdən və günlük hissələrdən ibarətdir. Furajkanın ön xişdəyinin üzərində hərbi qulluqçuların heyətləri üçün müəyyən edilmiş tünd yaşıl rəngli tikmə kokarda vardır. İki arxa xişdək furajkanın ölçüsünü tənzimləyən elastik lentlə yığılır. Günlük üzərinə kamuflyaj rəngli parça çəkilmiş bərk materialdan hazırlanır. Günlüyün üstündə ali və baş zabitlər üçün müəyyən edilmiş özünəməxsus tünd yaşıl rəngli tikmə naxış vardır (şəkil 38).

4.18. Su keçirməyən plaş-örtük kamuflyaj rənglidir, yaz və payız mövsümündə istifadə edilir (şəkil 35).

5. Fərqləndirmə nişanları

5.1. Hərbi qulluqçular üçün aşağıdakı fərqləndirmə nişanları müəyyən edilir:

5.1.1. dövlət mənsubiyyətinə görə;

5.1.2. xidmətə mənsubiyyətinə görə;

5.1.3. hərbi rütbəyə görə;

5.1.4. hərbi qulluqçuların heyətinə görə.

5.2. Dövlət mənsubiyyətinə görə fərqləndirmə qol nişanını Xidmətin hərbi qulluqçuları qış paltosunun, qış yarımpaltosunun, demisezon gödəkçənin və kitelin sağ qolunun xarici səthində daşıyırlar.

5.3. Xidmətə mənsubiyyətinə görə fərqləndirmə nişanı üstündə “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti” sözləri yazılmış Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri olan qol nişanı və metaldan (parçadan) hazırlanmış, üzərində Xidmətin emblemi yerləşdirilmiş döş və yaxa nişanlarıdır (şəkillər 46 və 50).

5.4. Xidmətə mənsubiyyətinə görə fərqləndirmə qol nişanını hərbi qulluqçular qış paltosunun, qış yarımpaltosunun, demisezon gödəkçənin, kitelin və kamuflyaj rəngli gödəkçələrin sol qolunun xarici səthində daşıyırlar (şəkil 46).

5.5. Xidmətə mənsubiyyətinə görə fərqləndirmə döş nişanını hərbi qulluqçular (Xidmətin rəisi və ali zabitlər istisna olmaqla) kitelin (metaldan), qış (yay) idarə geyiminin gödəkçəsinin və qısaqol köynəyin (parçadan) sol döşündə daşıyırlar (şəkil 46).

5.6. Fərqləndirmə yaxa nişanını ali zabitlər demisezon gödəkçənin, kitelin, qış (yay) idarə geyimlərinin gödəkçələrinin, kamuflyaj rəngli gödəkçələrin yaxalıqlarının künclərində daşıyırlar. Ali zabitlərin demisezon gödəkçələrinə, kitelinə, qış (yay) idarə geyimlərinin gödəkçələrinə palıd budaqları şəklində qızılı rəngli, kamuflyaj rəngli gödəkçələrinə isə tünd yaşıl rəngli tikmə yaxa nişanı tikilir. Digər hərbi qulluqçular yaxa nişanını kitelin, qış (yay) idarə geyimlərinin gödəkçələrinin, kamuflyaj rəngli gödəkçələrin yaxalıqlarının künclərində daşıyırlar. Zabitlərin, gizirlərin və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının kitelinin yaxalıqlarının künclərinə qızılı rəngdə metal emblem bərkidilir. Qış (yay) idarə geyimlərinin gödəkçələrinə qızılı rəngli, səhra geyim formasının gödəkçələrinə tünd yaşıl rəngli tikmə yaxa nişanı (hüquqşünas və tibb profilli hərbi uçot ixtisaslarına malik olan zabitlər istisna olmaqla) tikilir. Xidmətin hüquqşünas profilli hərbi uçot ixtisaslarına malik olan zabitləri prokurorluğun müvafiq metaldan olan qızılı rəngli, tibb profilli hərbi uçot ixtisaslarına malik olan zabitləri isə Ümumdünya Səhiyyə Təşkilatının müvafiq metaldan qızılı rəngli yaxa nişanını daşıyırlar (şəkil 50).

5.7. Xidmətin hərbi qulluqçularının hərbi rütbəyə görə fərqləndirmə nişanları poqonlardır. Poqonlar hərbi rütbəni müəyyən etmək üçündür. Poqonları bütün hərbi qulluqçular daşıyırlar. Xidmətin hərbi qulluqçularının poqonlarının rəngləri tünd zeytun rəngində, səhra geyim formasının poqonları isə kamuflyaj rəngində müəyyən edilir (şəkil 40).

5.8. Daşınma üsuluna görə poqonlar tikilmə və taxılıb-çıxarılan poqonlara bölünür:

5.8.1. tikilmə poqonları ali zabitlər mərasim geyim formasının qış paltosunda və kitelində, gündəlik geyim formasının qış yarımpaltosunda, demisezon gödəkçədə və kiteldə daşıyırlar. Digər hərbi qulluqçularda tikilmə poqonlar mərasim geyim formasının qış paltosunda və kitelində, gündəlik geyim formasının kitelində daşınır. Mərasim geyim formasının poqonlarında qızılı rəngdə naxış vardır. Ali zabitlərin poqonlarının kənarlarında qırmızı rəngli kant vardır. Ali zabitlərin mərasim və gündəlik geyim formaları üçün tikilmə poqonlarının aşağı kənarından 10 mm məsafədə çarpazlaşdırılmış qılınclarla qızılı rəngli aypara və səkkizguşəli ulduz yerləşdirilir. Ayparanın ölçüləri 42x27 mm-dir. Baş zabitlərin tikilmə poqonlarının aşağı kənarından 12 mm məsafədə qızılı rəngli metaldan aypara və səkkizguşəli ulduz yerləşdirilir. Ayparanın ölçüləri 40x25 mm-dir. Tikilmə poqonların yuxarı hissəsi hərbi qulluqçuların heyətindən asılı olaraq, 15 mm diametrli müvafiq qızılı rəngli orta forma düyməsi ilə bərkidilir. Tikilmə poqonların uzunluğu 120-180 mm, aşağı kənarının eni ali zabitlər üçün 56 mm, digər hərbi qulluqçular üçün 50 mm, yuxarı kənarının eni ali zabitlər üçün 40 mm, digər hərbi qulluqçular üçün isə 35 mm-dir.

Kiçik zabitlərin tikilmə poqonlarında onların hərbi rütbələrinə müvafiq metaldan qızılı rəngli səkkizguşəli ulduzlar yerləşdirilir. Gizirlərin tikilmə poqonlarında qızılı rəngli metaldan günyə və onların hərbi rütbələrinə müvafiq metaldan səkkizguşəli ulduzlar yerləşdirilir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının tikilmə poqonlarında isə onların hərbi rütbələrinə müvafiq qızılı rəngli metaldan günyələr yerləşdirilir. Ulduzlar guşələrindən biri poqonun düyməsinə doğru, günyələr isə poqonun aşağı kənarından düyməsinə doğru istiqamətlənmiş halda yerləşdirilir (şəkillər 41 – 44);

5.8.2. taxılıb-çıxarılan poqonları ali zabitlər dəri gödəkçədə, qış (yay) idarə geyimlərinin gödəkçələrində, səhra geyim formasının gödəkçələrində, yun köynəklərdə və köynəklərdə, digər hərbi qulluqçular isə qış yarımpaltosunda, demisezon gödəkçədə, qış (yay) idarə geyimlərinin gödəkçələrində, səhra geyim formasının gödəkçələrində, yun köynəklərdə və köynəklərdə daşıyırlar. Taxılıb-çıxarılan poqonlar poqon üçün nəzərdə tutulan kəmərciklərə taxılır, yuxarı hissəsində tünd zeytun rəngli (köynəklərdə sarıya çalan açıq qəhvəyi rəngli) kiçik forma düyməsi yerləşdirilir. Ali zabitlərin taxılıb-çıxarılan poqonlarının aşağı kənarından 10 mm məsafədə qızılı rəngli, səhra geyim forması üçün tünd yaşıl rəngli çarpazlaşdırılmış qılınclarla aypara və səkkizguşəli ulduz yerləşdirilir. Ayparanın ölçüləri 42x27 mm-dir. Baş zabitlərin gündəlik geyim forması üçün taxılıb-çıxarılan poqonlarının aşağı kənarından 12 mm məsafədə qızılı rəngli, səhra geyim forması üçün tünd yaşıl rəngli aypara və səkkizguşəli ulduz tikilir. Ayparanın ölçüləri 40x25 mm-dir.

Kiçik zabitlərin taxılıb-çıxarılan poqonlarına qızılı, səhra geyim forması üçün tünd yaşıl rəngli səkkizguşəli ulduzlar tikilir. Gizirlərin taxılıb-çıxarılan paqonlarına qızılı, səhra geyim forması üçün tünd yaşıl rəngli xətt və onların hərbi rütbələrinə müvafiq səkkizguşəli ulduzlar tikilir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının poqonlarına isə onların hərbi rütbələrinə müvafiq qızılı, səhra geyim forması üçün tünd yaşıl rəngli xətlər tikilir. Xidmətin hüquqşünas profilli hərbi uçot ixtisaslarına malik olan zabitlərinin gündəlik geyim formasının taxılıb-çıxarılan poqonlarında qızılı və səhra geyim forması üçün tünd yaşıl rəngli prokurorluğun müvafiq emblemi yerləşdirilir. Xidmətin tibb profilli hərbi uçot ixtisaslarına malik olan zabitlərinin gündəlik geyim formasının taxılıb-çıxarılan poqonlarında qızılı və səhra geyim forması üçün tünd yaşıl rəngli Ümumdünya Səhiyyə Təşkilatının müvafiq emblemi yerləşdirilir. Ali zabitlərin taxılıb-çıxarılan poqonlarının ölçüləri onların tikilmə poqonlarının ölçüləri ilə eynidir. Digər zabitlərin, gizirlərin və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının taxılıb-çıxarılan poqonlarının uzunluğu 125 mm, aşağı hissəsinin eni zabitlərdə 60 mm, gizirlərdə və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularında 50 mm, yuxarı hissəsinin eni isə 45 mm-dir. Gizirlərin taxılıb-çıxarılan poqonlarının aşağısında 8 mm enində qızılı rəngli xətt vardır. Ulduzların ölçüsü 17 mm-dir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının poqonlarının aşağısında onların hərbi rütbələrinə müvafiq 7 mm enində xətlər vardır. Xətlər arasındakı məsafə 2 mm-dir (şəkillər 40, 42 – 45).

5.9. Xidmət rəisinin poqonlarının kənarları qızılı rəngli palıd yarpaqları ilə əhatələnmişdir. Səhra geyim formasının poqonları isə tünd yaşıl rəngli palıd yarpaqları ilə əhatələnmişdir (şəkil 39).

5.10. Zabitlərin heyətindən asılı olaraq, onların poqonlarındakı ulduzların ölçüləri müxtəlifdir: ali zabitlər üçün – 25 mm, baş zabitlər üçün – 22 mm, kiçik zabitlər üçün –17 mm-dir (şəkil 42).

5.11. Zabitlərin poqonlarındakı ulduzlar uzununa sıra ilə yerləşdirilir. Hərbi rütbədən asılı olaraq, poqonlarda ulduzların sayı aşağıdakı kimidir (şəkillər 39 və 40):

5.11.1. general-polkovnik – 3 ulduz;

5.11.2. general-leytenant – 2 ulduz;

5.11.3. general-mayor – 1 ulduz;

5.11.4. polkovnik – 3 ulduz;

5.11.5. polkovnik-leytenant – 2 ulduz;

5.11.6. mayor – 1 ulduz;

5.11.7. kapitan - 4 ulduz;

5.11.8. baş leytenant – 3 ulduz;

5.11.9. leytenant – 2 ulduz;

5.11.10. kiçik leytenant – 1 ulduz.

5.12. Gizirlərin hərbi rütbəyə görə poqonlarında ulduzların sayı aşağıdakı kimi müəyyən edilir (şəkil 40):

5.12.1. baş gizir – 3 ulduz;

5.12.2. gizir – 2 ulduz;

5.12.3. kiçik gizir – 1 ulduz.

5.13. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının poqonları üçün günyələrin (xətlərin) sayı aşağıdakı kimi müəyyən edilir (şəkil 40):

5.13.1. baş çavuş – 4 günyə (xətt);

5.13.2. çavuş – 3 günyə (xətt);

5.13.3. kiçik çavuş – 2 günyə (xətt).

5.14. Səhra geyim formasının və xüsusi geyimin poqonlar üçün nəzərdə tutulan kəmərcikləri adi, mərasim və gündəlik geyim formasının geyim əşyalarında (qış yarımpaltosu, demisezon gödəkçə, gödəkçələr, yun köynək və köynəkdən başqa) poqonlar üçün nəzərdə tutulan kəmərcikləri isə qızılı rəngli kiçik forma düyməsi ilə düymələnir.

5.15. Hərbi qulluqçuların heyətinə görə fərqləndirmə nişanı baş geyimi nişanı olan kokardadır. Kokardalar mərasim və gündəlik geyim formalarında qızılı rəngli, səhra geyim formasında isə tünd yaşıl rəngli, tikiləndir. Kokardaların təsvirindəki fon tünd zeytun rəngindədir. Kokardaların üstündəki təsvir hərbi qulluqçuların heyətindən asılı olaraq, ali zabitlər, zabitlər, gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün kokardalara görə bölünür (şəkil 48).

5.16. Kokardaların ölçüləri (şəkil 49):

5.16.1. ali zabitlər üçün - papaqlarda, tünd zeytun rəngli furajkada, tünd zeytun rəngli şlyapada, kamuflyaj rəngli furajkalarda 131x67 mm, buxara papaqda və tünd zeytun rəngli pilotkada 80x50 mm-dir;

5.16.2. zabitlər üçün - 68x58 mm-dir;

5.16.3. gizirlər üçün - 48x52 mm-dir;

5.16.4. müddətdən artıq həqiqi xidmət hərbi qulluqçuları üçün - 30x40 mm-dir.

5.17. Kokarda bütün növ baş geyimlərinin (pilotkadan başqa) ön tərəfində yerləşdirilməlidir. Pilotkada kokardalar sol tərəfdə yerləşdirilir.

5.18. Kokarda aşağıdakı qaydada yerləşdirilir (şəkil 49):

5.18.1. buxara papaqda - papağın aşağı kənarından 50 mm məsafədə;

5.18.2. papaqlarda - papaqların aşağı kənarından 5 mm məsafədə;

5.18.3. qulaqlı papaqda və qış papağında - papaqların aşağı kənarından 30 mm məsafədə;

5.18.4. furajkada - dekorativ çənəaltı qayışcığın yuxarısında;

5.18.5. şlyapada - dekorativ çənəaltı qayışcığın yuxarısında;

5.18.6. pilotkada - sol tərəfdə, pilotkanın aşağı və ön kənarından kokardanın aşağı və yan kənarınadək 20 mm məsafədə;

5.18.7. kamuflyaj furajkada - günlükdən 5 mm məsafədə

SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12