T. T. Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

13 aprel 2022, 14:43

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alıram:

Taleh Tahir oğlu Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilsin.                                        

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 aprel 2022-ci il