“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 may tarixli 2830 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

12 aprel 2022, 14:03

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 may tarixli 2830 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 419; 2009, № 1, maddə 17; 2010, № 2, maddələr 80, 104, № 9, maddə 773; 2012, № 2, maddə 134; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 11, maddə 1414; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2018, № 8, maddə 1677; 2019, № 12, maddə 1966; 2021, № 9, maddə 1028) 1-ci hissəsində “Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri “Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini” sözləri ilə əvəz edilsin və həmin hissəyə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri” sözlərindən sonra “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Birləşmiş Ərəb Əmirlikləri tərəfinə bildiriş göndərsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 aprel 2022-ci il 

SƏNƏDLƏR Sərəncamlar 21 aprel 2025
16:40
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...

21 aprel 2025, 16:40
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2025
11:34
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan...

19 aprel 2025, 11:34