Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

04 aprel 2022, 10:54

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Dövlətlərimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan əlaqələrinin inkişafı üçün ötən onilliklər ərzində bir çox işlər görməyə nail olunub. Ticari-iqtisadi, elmi-texniki, humanitar və digər sahələrdə konstruktiv siyasi dialoq, səmərəli əməkdaşlıq genişlənir. Keçən il və inişil bağlanmış üçtərəfli müqavilələrə əsasən, Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzərində birlikdə işləyirik.

Bu il mühüm nailiyyətlə - Rusiya və Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması ilə əlamətdardır. Əminəm ki, ikitərəfli münasibətlərin yeni, keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması xalqlarımızın təməl maraqlarına uyğun gəlir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, Sizin bütün həmvətənlərinizə isə əmin-amanlıq və firavanlıq arzu edirəm.

Hörmətlə,

Vladimir Putin

Rusiya Federasiyasının Prezidenti 

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20