Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası haqqında ƏSASNAMƏ

28 mart 2022, 14:37

Azərbaycan Respublikası Prezidentinin

2022-ci il 28 mart tarixli

Fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası (bundan sonra – Komissiya) xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan Azərbaycan Respublikasına daxil olan humanitar yardımların qəbul edilməsi, uçotunun aparılması, saxlanılması, bölgüsü və bunlarla bağlı digər işlərin təşkil edilməsi, həmçinin Azərbaycan Respublikası tərəfindən xarici dövlətlərə və beynəlxalq təşkilatlara humanitar yardımların göndərilməsi və uçotunun aparılması ilə bağlı işlərin əlaqələndirilməsi məqsədilə yaradılmışdır.

1.2. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. Komissiya hər ötən ildəki fəaliyyəti və görülmüş işlər barədə növbəti ilin birinci rübü ərzində Azərbaycan Respublikasının Prezidentinə hesabat təqdim edir.

1.4. Komissiyanın üzərində adı həkk olunmuş blankı və möhürü vardır.

2. Komissiyanın fəaliyyət istiqamətləri

2.1. Komissiyanın fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan Azərbaycan

Respublikasına daxil olan humanitar yardımlar barədə məlumatları toplamaq, həmin yardımları qəbul etmək, onların uçotunun aparılması, saxlanılması, bölgüsü, təyinatı üzrə çatdırılması və istifadəsi ilə bağlı işləri (bundan sonra – müvafiq sahə) təşkil etmək və bu işlərə nəzarət etmək;

2.1.2. müvafiq sahədə aidiyyəti dövlət orqanlarına (qurumlarına) təkliflər vermək;

2.1.3. Azərbaycan Respublikası tərəfindən xarici dövlətlərə və beynəlxalq təşkilatlara humanitar yardımların göndərilməsi və uçotunun aparılması ilə bağlı işləri təşkil etmək və əlaqələndirmək;

2.1.4. müvafiq sahədə aidiyyəti dövlət orqanlarının (qurumlarının), həmkarlar ittifaqlarının, həmçinin qeyri-hökumət təşkilatlarının fəaliyyətini əlaqələndirmək;

2.1.5. müvafiq sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər vermək.

3. Komissiyanın vəzifələri

3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Komissiyanın vəzifələri aşağıdakılardır:

3.1.1. Azərbaycan Respublikasının ayrı-ayrı bölgələrində ildə bir dəfə monitorinq və sorğular aparmaqla, humanitar yardıma olan tələbatı müəyyənləşdirmək və bu tələbatın ödənilməsi üçün aidiyyəti dövlət orqanları (qurumları), həmkarlar ittifaqları və qeyri-hökumət təşkilatları ilə birgə müvafiq tədbirlər həyata keçirmək;

3.1.2. xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan Azərbaycan Respublikasına humanitar yardım kimi daxil olmuş maliyyə vəsaitlərinin mərkəzləşdirilmiş qaydada toplanmasını təşkil etmək və həmin vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək;

3.1.3. Azərbaycan Respublikasının xarici siyasətinə uyğun olaraq, xarici dövlətlərə və beynəlxalq təşkilatlara humanitar yardım göstərilməsinə dair aidiyyəti üzrə təkliflər vermək;

3.1.4. Azərbaycan Respublikasına daxil olan humanitar yardımların “Əhalinin sağlamlığının qorunması haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikasının müvafiq sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlarının tələblərinə uyğun olmasına nəzarəti təşkil etmək;

3.1.5. humanitar yardımların ölkəyə gətirilməsini və təyinatı üzrə çatdırılmasını təşkil etmək;

3.1.6. humanitar yardımların təyinat yerlərində bölgüsünü həyata keçirən dövlət orqanlarını (qurumlarını) müəyyən etmək və bu sahədə onların fəaliyyətinə nəzarət etmək; `

3.1.7. müvafiq sahədə özəl sektor, həmkarlar ittifaqları və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmək;

3.1.8. müvafiq sahədə beynəlxalq və regional əməkdaşlığın genişləndirilməsi üçün təkliflər hazırlamaq, beynəlxalq təcrübənin öyrənilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsi işlərini əlaqələndirmək;

3.1.9. müvafiq sahədə media ilə əməkdaşlıq etmək;

3.1.10. Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlara fəaliyyət istiqamətlərinə uyğun olaraq dəstək göstərmək.

4. Komissiyanın hüquqları

4.1. Öz vəzifələrini yerinə yetirmək üçün Komissiyanın aşağıdakı hüquqları vardır:

4.1.1. müvafiq sahə ilə bağlı qərarların qəbul edilməsinə dair təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;

4.1.2. xarici dövlətlərin humanitar təşkilatları ilə və beynəlxalq humanitar təşkilatlarla əlaqələr yaratmaq;

4.1.3. fəaliyyət istiqamətlərinə uyğun olaraq işçi gruplar və ekspert qrupları yaratmaq, onların işinə elmi müəssisələrin mütəxəssislərini, aidiyyəti dövlət orqanlarının (qurumlarının), həmkarlar ittifaqlarının, həmçinin ictimaiyyətin nümayəndələrini cəlb etmək;

4.1.4. Azərbaycan Respublikasının gömrük sərhəd-keçid məntəqələrindən keçirilmiş humanitar yardımlar barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən məlumatlar əldə etmək;

4.1.5. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, habelə fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğular vermək, onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.6. müvafiq sahədə təhlil aparmaq və onun nəticələrinə əsasən təkmilləşdirmə işlərinə dair aidiyyəti dövlət orqanlarına (qurumlarına) təkliflər vermək;

4.1.7. müvafiq sahədə aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə təkliflər hazırlamaq və aidiyyəti dövlət orqanlarına (qurumlarına) müraciət etmək;

4.1.8. fəaliyyət istiqamətləri üzrə normativ hüquqi aktların, strategiyaların, inkişaf konsepsiyalarının və məqsədli proqramların layihələrinə dair təkliflər vermək;

4.1.9. fəaliyyət istiqamətlərinə aid olan məsələlərin həlli üçün tədqiqat, texniki ekspertiza, məsləhət xidmətlərinə və təbliğat-təşviqat işlərinə müvafiq sahə üzrə müstəqil ekspertləri və mütəxəssisləri, eləcə də təhsil müəssisələrini, həmkarlar ittifaqlarını, qeyri-hökumət təşkilatlarını və medianı cəlb etmək.

5. Komissiyanın fəaliyyətinin təşkili

5.1. Azərbaycan Respublikasının Prezidenti Komissiyanın tərkibini müəyyən edir və Komissiyanın sədrini təyin edir.

5.2. Komissiyanın işinə sədr rəhbərlik edir.

5.3. Komissiyanın sədri:

5.3.1. Komissiyanın fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.3.2. fəaliyyət istiqamətlərinə uyğun olaraq işçi qruplar və ekspert qrupları yaradır;

5.3.3. Komissiyanın üzvləri, habelə işçi qruplar və ekspert qrupları arasında iş bölgüsü aparır və onların fəaliyyətini əlaqələndirir;

5.3.4. Komissiyanın iclaslarının gündəliyini Komissiya üzvləri ilə birlikdə müəyyənləşdirir, iclasları çağırır və iclaslara sədrlik edir;

5.3.5. Komissiyaya daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür.

5.4. Komissiyanın sədri bu Əsasnamə ilə Komissiyaya həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə məsuliyyət daşıyır.

5.5. Komissiyanın sədri olmadıqda, onun səlahiyyətlərini Komissiyanın qərarı əsasında Komissiyanın üzvlərindən biri həyata keçirir.

5.6. Komissiyanın, habelə işçi qrupların və ekspert qruplarının üzvləri bu Əsasnamədə nəzərdə tutulmuş və onlara həvalə edilmiş vəzifələrin vaxtında yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar.

5.7. Komissiyanın səlahiyyətlərinə aid edilmiş məsələlərə onun iclaslarında baxılır və iclasların nəticələri iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir.

5.8. Komissiyanın iclasları ildə iki dəfədən az olmayaraq keçirilir. İclaslar Komissiya sədrinin və ya Komissiya üzvlərinin üçdə birinin təşəbbüsü ilə çağırılır.

5.9. Komissiyanın iclasları onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir.

5.10. Komissiyanın iclaslarına aidiyyəti dövlət orqanlarının (qurumlarının), özəl sektorun, həmkarlar ittifaqlarının nümayəndələri, o cümlədən müstəqil ekspertlər və mütəxəssislər dəvət edilə bilərlər.

5.11. Komissiyanın qərarları hər bir üzvün bir səsi olmaqla açıq səsvermə yolu ilə, iclasda iştirak edən Komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına yol verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir. Səsvermə zamanı xüsusi rəyi olan Komissiya üzvü öz rəyini qəbul edilmiş qərara əlavə edə bilər.

5.12. Komissiya qərar qəbul etməkdə müstəqildir.

5.13. Komissiyanın nəzdində daimi fəaliyyət göstərən Katiblik yaradılır. Katiblik Komissiyanın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həllini, müzakirəyə çıxarılacaq məsələlərə aid sənədlərin hazırlanmasını və kargüzarlıq işlərini yerinə yetirir.

SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10