İlham Əliyev Rumıniyanın energetika nazirini və strateji layihələr üzrə xüsusi nümayəndəni videoformatda qəbul edib

02 mart 2022, 10:25
İlham Əliyev Rumıniyanın energetika nazirini və strateji layihələr üzrə xüsusi nümayəndəni videoformatda qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Rumıniyanın energetika naziri Virgil-Daniel Popeskunu və strateji layihələr üzrə xüsusi nümayəndə Ana Birçalı videoformatda qəbul edib.

Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku Rumıniya Prezidenti Klaus Yohannisin diplomatik əlaqələrimizin qurulmasının 30 illiyi münasibətilə və Prezident İlham Əliyevi Rumıniyaya səfərə dəvətlə bağlı dövlətimizin başçısına ünvanladığı məktubu qeyd etdi.

Dövlətimizin başçısı məktuba görə minnətdarlığını Rumıniya Prezidentinə çatdırmağı xahiş etdi.

Söhbət zamanı Azərbaycanla Rumıniya arasında münasibətlərin strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı vurğulandı və bu baxımdan strateji tərəfdaşlığa dair imzalanmış birgə Bəyannamənin önəmi qeyd edildi.

Virgil-Daniel Popeskunun səfərinin ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunuldu, bu əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı və ölkəmizlə Avropa İttifaqının 9 üzv dövləti arasında strateji tərəfdaşlıq haqqında sənədlərin imzalanmasının bunun yaxşı göstəricisi olduğu qeyd edildi.

Söhbət zamanı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Qanunlar 22 iyul 2026
14:26
“Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2026-cı il mayın 19-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

22 iyul 2026, 14:26
SƏNƏDLƏR Fərmanlar 22 iyul 2026
14:24
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 7 iyul tarixli 434-VIIQD nömrəli Qanununun tətbiqi və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 7 iyul...

22 iyul 2026, 14:24
SƏNƏDLƏR Fərmanlar 22 iyul 2026
14:16
“Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən...

22 iyul 2026, 14:16
SƏNƏDLƏR Fərmanlar 22 iyul 2026
14:14
“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən...

22 iyul 2026, 14:14