Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

18 fevral 2022, 13:26

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Turizm haqqında” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 448-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1841; 2019, № 5, maddə 822, № 10, maddələr 1586, 1588; 2020, № 9, maddə 1154) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 3.0.13-cü yarımbənddə “, Qoruqların” sözü “və Qoruqların” sözləri ilə əvəz edilsin və həmin yarımbənddən “və xarici turistlər üçün Azərbaycan Respublikası ərazisində turizm marşrutlarını” sözləri çıxarılsın.

2. Aşağıdakı məzmunda 3.0.30-2 – 3.0.30-7-ci, 4.0.13-1-ci və 4.0.13-2-ci yarımbəndlər əlavə edilsin:

“3.0.30-2. turoperator və turagentlərin mülki məsuliyyətinin sığortası üzrə sığorta məbləğinə dair minimum tələbləri Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən etmək;

3.0.30-3. mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarlarını müəyyən etmək;

3.0.30-4. Turizm Reyestrinin aparılmasını təmin etmək;

3.0.30-5. turizm ehtiyatları ilə bağlı məlumatverici-göstərici lövhələrin quraşdırılmasını təmin etmək;

3.0.30-6. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, turistlərin hüquq və vəzifələri barədə məlumatlandırılmasını təmin etmək üçün zəruri tədbirlər görmək;

3.0.30-7. turizm sənayesi subyektlərinin etik davranış kodekslərini təsdiq etmək, mediada və rəsmi internet saytında dərc etmək;”;

“4.0.13-1. turizm marşrutlarını təsdiq etmək;

4.0.13-2. turizm sənayesi subyektləri üçün müsabiqələr keçirmək və fərqləndirici nişanlar təsis etmək, həmin müsabiqələrin keçirilmə qaydasını və fərqləndirici nişanların verilməsi meyarlarını müəyyən etmək;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 fevral 2022-ci il

SƏNƏDLƏR Müraciətlər 05 noyabr 2024
10:12
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına

Hörmətli Sammit iştirakçıları!

Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

Bu gün dünyamızın...

05 noyabr 2024, 10:12
SƏNƏDLƏR Sərəncamlar 04 noyabr 2024
13:00
C.H.Musayevin Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:                                        

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...

04 noyabr 2024, 13:00