18 fevral 2022, 13:42

Nazeykə Adıgözəlovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin rəhbərliyinizlə Şanlı Ordumuz işğal altında olan əzəli torpaqlarımızı 44 gün ərzində azad etdi. Doğma Qarabağı azad görmək hər bir vətənpərvər azərbaycanlının uzun illər ən böyük arzusu olmuşdur. “Hicran nə qədər uzun olsa, vüsal bir o qədər şirin olar” – deyiblər. Bu müdrik sözlər həyatda bir daha öz təsdiqini tapdı. Neçə illər qəlblərdə lövbər salan acı hicranın yerini şirindən də şirin vüsal tutdu. Vətən müharibəsində qazandığımız Qələbə Azərbaycan tarixinə şanlı səhifə kimi yazıldı.

Əziz Prezidentimiz, mənim həyat yoldaşım – Adıgözəlov Balakişi Atakişi oğlu Birinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmiş və şəhid olmuşdur. Sizin şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğı xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. Bu diqqət və qayğının nəticəsi olaraq mənim ailəm Sumqayıt şəhərində təmirli yeni mənzillə təmin olunmuşdur. Buna görə Sizə öz dərin təşəkkürümü bildirmək istəyirəm.

Çox sağ olun, cənab Prezident!

Hörmətlə,

Adıgözəlova Nazeykə Məcid qızı, şəhid ailəsinin üzvü.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.