18 yanvar 2022, 12:33

Səyyad Arandan, Bakı, Azərbaycan

Çox hörmətli və əziz Prezident.

Yubileyim münasibətilə məni “Şöhrət” ordeni ilə təltif etdiyiniz üçün Sizə özümün və ailəmin adından sonsuz təşəkkürümü bildirirəm.

Diqqətiniz məni olduqca duyğulandırdı, daha çox yaşamağa, var gücümlə işləməyə səslədi. Allah Sizi – Qalib Ali Baş Komandanı həmişə qorusun və hifz etsin, uzunömürlü və daim sağlam olasınız.

Ulu öndər Heydər Əliyev yoluna həmişə sadiq olan, Sizin əsgəriniz,

Səyyad Aran   

Azərbaycan Respublikası, Bakı şəhəri.