Cəlilabad Olimpiya İdman Kompleksinin açılışında İlham Əliyevin nitqi

31 iyul 2012, 16:05
Cəlilabad Olimpiya İdman Kompleksinin açılışında İlham Əliyevin nitqi

- Mən sizin hamınızı ürəkdən təbrik edirəm! Cəlilabad Olimpiya İdman Kompleksinin açılışı çox böyük hadisədir. Mən çox şadam ki, bu gün biz sizinlə bərabər bu gözəl kompleksin açılışında iştirak edirik.

Doğrudan da bu, Cəlilabad rayonu üçün, Azərbaycanın hərtərəfli inkişafı üçün, Azərbaycanda idmanın inkişafı üçün çox vacib olan məsələdir. Mən çox şadam ki, bu kompleks xarici görünüşü və daxili tərtibat baxımından bütün standartlara cavab verir. Həm gözəl üzgüçülük hovuzu, həm böyük idman zalı, trenajor zalı, açıq meydançalar, stadion, mehmanxana.

Yəni, əslində bu, təkcə idman qurğusu deyildir. Bu, ümumiyyətlə rayonun inkişafı üçün və Cəlilabadda gedən sürətli inkişaf üçün çox vacib olan obyektdir.

İdman bizim cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmana böyük diqqət göstərilir. Bütün yerlərdə, bütün bölgələrdə olimpiya idman kompleksləri tikilir və hər yeni Olimpiya İdman Kompleksi əvvəlkindən fərqlənir, daha da gözəlliyi, daha böyük funksional cəhəti ilə. Cəlilabad Olimpiya İdman Kompleksi də əvvəlki illərdə tikilmiş komplekslərdən fərqlənir və əminəm ki, bu kompleks Cəlilabad idmançılarına və rayon sakinlərinə xidmət edəcəkdir.

Burada, əlbəttə ki, idman bölmələri yaradılacaqdır. Eyni zamanda, rayon sakinləri də burada öz asudə vaxtlarını keçirə bilərlər. İdman, fiziki sağlamlıq bizim üçün çox vacibdir. İnsanların sağlamlığı, o cümlədən insanların idmana olan münasibətindən asılıdır.

Bizdə idman siyasəti yüksək səviyyədə aparılır. İdmançılarımız hazırda Londonda Olimpiya Oyunlarında yarışırlar. Biz onları oraya böyük ümidlərlə göndərmişik və əminəm ki, yaxşı nəticələr olacaqdır. Artıq birinci medal qazanılıbdır.

Əminəm ki, medalların sayı daha da çox olacaqdır. Gələcəkdə Azərbaycanın idman şöhrətini daim yüksəklərdə saxlamaq üçün idmanın kütləviliyi daha da geniş şəkildə təmin edilməlidir. Bütün bölgələrdə yaradılan olimpiya idman kompleksləri məhz bu məqsədi güdür. Uşaqlar, yeniyetmələr uşaqlıq yaşlarından idmana cəlb olunsunlar, idman ilə məşğul olsunlar, fiziki cəhətdən sağlam olsunlar və peşəkar idmançı olsunlar.

Mən şadam ki, Cəlilabadda da artıq Olimpiya İdman Kompleksi vardır. Cəlilabadda idman ənənələri həmişə olmuşdur.

İdman ilə məşğul olmaq üçün şərait o qədər də yaxşı olmamışdır. Ancaq indi biz bu boşluğu da artıq aradan götürürük.

Bu kompleks ilə yanaşı, mən bu gün Cəlilabadda bir sıra digər obyektlərin açılışında iştirak etmişəm. Çox şadam ki, rayon sürətlə və hərtərəfli şəkildə inkişaf edir.

Əvvəlki səfərlərimdə Diaqnostika Mərkəzinin, digər obyektlərin açılışında iştirak etmişəm. Heydər Əliyev Seyrəngahı möhtəşəm bir mərkəzə çevrilibdir. Bu gün isə yeni parkların açılışında iştirak etmişəm. Gənclər Parkı, sonra şəhərin içərisindəki köhnə park tamamilə yenidən qurulmuşdur. Gənclik Evi tikilmişdir. Quşçuluq fabriki, sonra taxıl anbarı, məktəblər tikilib, binalar bərpa olunub. Mən çox şadam ki, inkişaf çox sürətlə gedir.

Eyni zamanda, bu gün kənd yolunun açılışında iştirak etmişəm. Bu da çox vacibdir. Hazırda Azərbaycanda kənd yollarının tikintisi prosesi geniş vüsət almışdır. O cümlədən Cəlilabad rayonunda 17 kilometr uzunluğunda kənd yolunun tikintisi başlamışdır. Onun əhatə etdiyi kəndlərdə 20 mindən artıq əhali yaşayır. Cəlilabadda kəndlərin sayı çoxdur, təqribən 200-yə yaxındır. Biz tədricən bütün kənd yollarını yaxşı vəziyyətə salmalıyıq.

Bir rayonda görülən işlər, bir gün ərzində iştirak etdiyim açılışlar ölkəmizin dinamik inkişafını təsdiqləyir. Həm iqtisadi sahədəki işlər, regionların inkişafı, iş yerlərinin açılması, abadlıq-quruculuq tədbirləri, həm də idman obyektlərinin, kənd yollarının açılışı, tikintisi ölkəmizin dinamik inkişafını göstərir. Gələcək illərdə bu inkişaf daha da sürətli olmalıdır. Əvvəlki illərdə görülən işlər deməyə əsas verir ki, artıq biz böyük uğurlara nail ola bilmişik. İndi infrastruktur layihələri icra edilir.

Mən maraqlandım, icra başçısı məlumat verir ki, Cəlilabadda qazlaşdırma prosesi bir az ləng gedir. Mən Bakıya qayıdandan sonra əlavə göstərişlər verəcəyəm ki, qazlaşdırma daha da sürətli getsin. Rayon mərkəzi tamamilə qazlaşdırılmalıdır və bu, belə də olacaqdır. Çalışmalıyıq ki, kəndlərin də mütləq əksəriyyəti qazlaşdırılsın. Buna imkan vardır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında bu məsələlər öz həllini tapmalıdır. Çalışmalıyıq ki, gələn ilin sonuna qədər qazlaşdırma məsələlərini tamamilə yekunlaşdıraq.

Hazırda vacib infrastruktur layihələrinin arasında su və kanalizasiya layihələridir. Bu məsələlər də gələn ilin sonuna qədər yekunlaşmalıdır. Artıq bu işlər başlamışdır. Dövlət büdcəsində vəsait vardır. Cəlilabad şəhəri və ətraf kəndlər ilk növbədə su və kanalizasiya sistemi ilə təmin edilməlidir. Bu, çox böyük layihədir. Çünki bu layihə hər bir rayonda icra edilir, böyük vəsait və böyük zəhmət tələb edir. Keçmişdə ümumiyyətlə bölgələrdə kanalizasiya sistemi olmamışdır. Heç Bakının da kanalizasiya sistemi lazımi səviyyədə olmamışdır. İçməli su daim problem olmuşdur. Biz bu məsələni birdəfəlik həll edəcəyik. Beləliklə, biz insanları ən çox narahat edən problemləri tədricən aradan qaldırırıq.

Sahibkarlıq üçün yeni şərait, gözəl imkanlar yaradılır, kreditlər verilir. Kənd təsərrüfatı inkişaf edir. Cəlilabadda kənd təsərrüfatının inkişafına xüsusilə böyük diqqət verilməlidir. Çünki bildiyiniz kimi, vaxtilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Cəlilabadda böyük üzüm bağları salınmışdı. Əfsuslar olsun ki, 1980-ci illərin sonlarında sovet rəhbərliyi tərəfindən çox yanlış siyasət aparılmışdır. Bütün üzüm bağları məhv edilmişdir. Onların bərpası indi çox çətin məsələdir.

Ancaq buna baxmayaraq bu məsələ də tədricən öz həllini tapmaqdadır. Yəni, burada üzümçülüyün böyük ənənələri olmuşdur. Üzümçülüyün fermerlərə, kəndlilərə nə qədər xeyirli olduğunu biz hamımız yaxşı bilirik. Təsadüfi deyildir ki, keçən ilin sonunda Azərbaycanda üzümçülüyün inkişafına dair mənim tərəfimdən Sərəncam imzalanmışdır, Dövlət Proqramı qəbul edilmişdir. Biz çalışacağıq ki, üzümçülüyü sürətlə inkişaf etdirək. Bu istiqamətdə Cəlilabadın üzərinə ən böyük məsuliyyət düşür. Çünki biz vaxtilə salınmış bağları bərpa etməliyik, yenidən salmalıyıq və üzümçülüyün inkişafına nail olmalıyıq.

Kənd təsərrüfatının digər istiqamətləri üzrə də Cəlilabadda böyük imkanlar, böyük potensial vardır. İndi biz fermerləri texnika ilə də təmin edirik. Sumqayıtda gübrə zavodu tikilir. İndi biz özümüzü gübrələrlə təmin edəcəyik.

Rayonun turizm potensialı vardır. Ancaq bu vaxta qədər həmin potensialdan istifadə olunmayıb. Çünki yenə də infrastruktur olmadıqda bunu etmək mümkün deyildir. İndi yeni kənd yollarının tikintisi nəticəsində Cəlilabadın dağlıq əraziləri də artıq rayon mərkəzi ilə birləşəcək və o ərazilərdə, gözəl yerlərdə turizm obyektləri, otellər tikilməlidir və tikiləcəkdir.

Mən bir daha demək istəyirəm və çox şadam ki, Cəlilabadın inkişafı çox sürətlidir. Şəhər simasını dəyişir, müasirləşir, abadlaşır, gözəl binalar tikilir. Köhnə binalar bərpa edilir. Bir sözlə, inkişaf, dinamika var və bu dinamika gələcək illərdə də saxlanılmalıdır. Cəlilabad daha da sürətlə inkişaf etməlidir və edəcəkdir.

Bir daha sizi bu gözəl binanın - Olimpiya İdman Kompleksinin açılışı münasibətilə təbrik edirəm, sizə cansağlığı arzulayıram.

SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:26
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...

05 iyun 2025, 15:26
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:24
“Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:24
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:22
Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...

05 iyun 2025, 15:22
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

05 iyun 2025, 15:20
SƏNƏDLƏR Sərəncamlar 05 iyun 2025
15:08
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkilinin və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:   ...

05 iyun 2025, 15:08
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42