Lənkəranda Heydər Əliyev Mərkəzinin yenidənqurmadan sonra açılışında İlham Əliyevin nitqi

31 iyul 2012, 12:05
Lənkəranda Heydər Əliyev Mərkəzinin yenidənqurmadan sonra açılışında İlham Əliyevin nitqi

Biz bu gün Heydər Əliyev Mərkəzinin yenidənqurmadan sonra açılışını qeyd edirik. Gözəl mərkəzdir, həm yaraşıqlı binadır, həm də ki, mərkəzin tərtibatı çox dəyərlidir, qiymətlidir.

Bu gün sizinlə yenidən görüşürəm. Mən buna çox şadam. Bu, mənim Prezident kimi Lənkərana səkkizinci səfərimdir. Səkkiz ildə səkkizinci dəfə səfər edirəm və çox şadam ki, Lənkəranda işlər yaxşı gedir. Rayon inkişaf edir, şəhər gözəlləşir, abadlaşır, gözəl binalar ucaldılır. Bu gözəl mərkəz də həm memarlıq, həm funksional baxımdan çox dəyərlidir, qiymətlidir, ulu öndərin xatirəsinə ehtiramın əlamətidir.

Biz keçən il müstəqilliyimizin bərpasının 20 illik yubileyini qeyd edərkən, yenə də keçmişə baxarkən bir daha görürdük ki, ulu öndərin Azərbaycan dövlətçiliyinin formalaşmasında müstəsna xidmətləri olmuşdur. Ən ağır dövrdə ölkə rəhbərliyinə gəlmiş Heydər Əliyev xalqı böyük bəlalardan qurtara, dövlətçiliyin əsaslarını yarada bilmişdir, ölkəmizin bugünkü reallıqlarını təmin etmişdir. Çünki onun tərəfindən irəli sürülmüş bütün təşəbbüslər ölkəmizin inkişafına yönəldilmişdir.

Ölkəmiz beynəlxalq aləmdə layiqli yerini tuta bilmişdir, daxildə proseslər müsbət istiqamətdə getmişdir, islahatlar aparılmış, böyük nailiyyətlər əldə edilmişdir. Biz hamımız ulu öndərin siyasi xəttinə sadiqik, bu xətti davam etdiririk.

Lənkəranda son illər ərzində görülmüş işlər bu siyasətin bariz nümunəsidir, onun təzahürüdür.

Mən çox şadam ki, Lənkəranda, doğrudan da həm şəhərdə, həm kəndlərdə işlər yaxşı gedir, əlavə tədbirlər də görüləcəkdir. Lənkəranın sosial-iqtisadi inkişafı ilə bağlı yeni sərəncam imzalanacaq və əlavə vəsait ayrılacaqdır ki, işlər daha da sürətlə getsin. Siz yaxşı bilirsiniz ki, son illər ərzində, bir sıra obyektlərin istifadəyə verilməsi nəticəsində rayonda inkişaf daha da sürətlə getmişdir.

Lənkəran Aeroportu yenidən quruldu. Bu gün mən Lənkərana təyyarə ilə gəlmişəm və artıq beynəlxalq uçuşlar da təşkil edilir. Əminəm ki, gələcəkdə bu uçuşların sayı artacaqdır. Lənkəranın çox gözəl təbiəti, çox gözəl iqlimi, turizm imkanları vardır. Bu gün mənim səfər proqramımda yeni otelin təməlqoyma mərasimi də vardır və ümid edirəm ki, gələcək illərdə turizm daha da sürətlə inkişaf edəcəkdir.

Hazırda daxili turizm inkişaf edir. Mən bilirəm ki, Bakıdan, Azərbaycanın digər bölgələrindən insanlar dincəlmək üçün Lənkərana gəlirlər. Amma istərdim ki, xaricdən də gəlsinlər, Lənkəranı daha çox tanısınlar və burada istirahət etsinlər.

Beləliklə, turizm potensialı çox güclüdür. Bu potensial var, sadəcə olaraq infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində biz bu potensialı daha da aşmalıyıq.

Bakı-Astara magistral yolunun tikintisi gedir. Bu yol da Lənkərandan keçəcəkdir. Ümid edirəm ki, ən müasir standartlara cavab verən magistral yol gələn ilin sonuna qədər istifadəyə veriləcəkdir və beləliklə, gediş-gəliş daha da rahat olacaqdır.

Kənd yollarının tikintisinə dair sərəncamlar verilmişdir. Keçən ay 40 min əhalisi olan 20 yaşayış məntəqəsini birləşdirən kənd yolunun tikintisi üçün vəsait ayrılmışdır və əminəm ki, yaxın zamanlarda tikinti başlanacaq və yol istifadəyə veriləcəkdir.

İcra hakimiyyətinin başçısı və deputatlar yeni məsələlər qaldırırlar ki, əlavə kənd yollarının tikintisinə ehtiyac vardır. Biz bu məsələyə də baxacağıq. Mərkəzi rayon xəstəxanasının vəziyyəti o qədər də yaxşı deyildir. Biz bu məsələyə də baxacağıq. Bildiyiniz kimi, Lənkəranda Müalicə-Diaqnostika Mərkəzi tikilmişdir və bu mərkəz insanlara yaxşı xidmət göstərir. Ancaq mərkəzi rayon xəstəxanasının təmirinə, yenidən qurulmasına ehtiyac vardır. Əlbəttə ki, bu məsələ də öz həllini tapacaqdır.

Qəzalı vəziyyətdə olan məktəblər Lənkəranda da, başqa bölgələrdə də hələ ki, vardır. Baxmayaraq ki, son illərdə 2 mindən artıq məktəb tikilmişdir, hələ ki, qəzalı vəziyyətdə məktəblər vardır. Biz çalışacağıq ki, bütün qəzalı məktəbləri gələn ilin sonuna qədər əsaslı şəkildə bərpa edək.

Digər infrastruktur layihələri də Lənkəranda ardıcıllıqla icra edilir. Çünki biz birinci mərhələdə elektrik enerjisi ilə bağlı məsələləri həll etdik. Astarada modul tipli elektrik stansiyasının istifadəyə verilməsi nəticəsində bütün cənub zonasının elektriklə təchizatı böyük dərəcədə yaxşılaşdırılmışdır. İndi demək olar ki, problem yoxdur.

Ondan sonrakı mərhələdə qazlaşdırma icra edilməyə başlanmışdır. İndi bu proses geniş vüsət almışdır. Mən qarşıya vəzifə qoymuşam ki, Lənkəranın bütün yaşayış məntəqələri gələn ilin sonuna qədər qazlaşdırılsın. Şəhər qazlaşdırılıbdır, proses davam edir və bu məsələ də öz həllini tapacaqdır.

İnsanları narahat edən digər problem içməli su ilə bağlıdır. Amma bu problem də artıq öz həllini tapmaqdadır. Yenə də qarşıya vəzifə qoyulubdur ki, Lənkəran şəhərinin su və kanalizasiya problemi gələn ilin sonuna qədər əsaslı şəkildə həll olunsun. Ətraf kəndlər də bu proqramla əhatə olunacaq və ondan sonrakı mərhələdə digər kəndlərin su-kanalizasiya problemi öz həllini tapmalıdır. Yəni, bu əsas infrastruktur layihələrinin sadalanması göstərir ki, nə qədər böyük işlər görülür.

Hələ mən sahibkarlığın inkişafına verilən dəstəyi demirəm, biznes mühitinin yaxşılaşdırılması üçün irəli sürülən təşəbbüsləri qeyd etmirəm. Yəni, əgər biz bunların hamısını təhlil etsək, Lənkəran rayonunun timsalında ölkənin dinamik inkişafını görərik. Bu inkişaf hər yerdə, hər bir bölgədə özünü büruzə verir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası bu problemlərin həlli üçün əsas bir mexanizm olmuşdur. Mən çox şadam ki, Proqram uğurla icra edilir. İkinci Dövlət Proqramı gələn ilin sonuna qədər başa çatacaqdır. Ondan sonrakı dövr üçün də planlarımız vardır. Bu barədə mən artıq öz fikirlərimi bildirmişəm. 2014-2023-cü illəri əhatə edəcək yeni Dövlət Proqramı artıq hazırlanır.

Ancaq birinci proqramların icra edilməsi nəticəsində əsas infrastruktur, sosial məsələlər öz həllini tapacaqdır. Növbəti onillik Proqram gələcəyə baxışlarımızı əks etdirəcəkdir. Çünki biz növbəti 10 il ərzində Azərbaycanı daha da sürətlə inkişaf etdirməliyik. Ölkə qarşısında duran əsas vəzifələr icra edilibdir. Ancaq həyat yerində durmur, yeni vəzifələr ortaya çıxır. Elə etməliyik ki, növbəti 10 il ərzində iqtisadi gücümüzü iki dəfə artıra bilək. Son səkkiz il ərzində iqtisadiyyatımız üç dəfə artıbdır. Növbəti on il ərzində daha iki dəfə artmalıdır. Bu Proqramın reallaşdırılması nəticəsində Azərbaycan dünya miqyasında yüksək gəlirli ölkəyə çevriləcəkdir. Beləliklə, insanların rifah halı daha da yaxşılaşacaq, ölkəmiz daha da güclü olacaq, bizim dünyadakı mövqeyimiz daha da möhkəmlənəcəkdir.

Qlobal məsələlərlə yanaşı, yəni, həm xarici siyasətlə, həm enerji siyasətimizlə bağlı irəli sürülmüş təşəbbüslərin reallaşması ilə bərabər, hər bir kəndin problemi də həll olunur. Hesab edirəm ki, bu, dünyada nadir bir təcrübədir. Çünki biz istənilən istiqamət üzrə ancaq və ancaq uğurlar qazanırıq. Biz indi dünyanın ən mötəbər beynəlxalq təşkilatının üzvüyük. BMT Təhlükəsizlik Şurasının 15 üzvü vardır, onlardan beşi daimi üzvdür, 10-u seçilən üzvlərdir. Bu 10 ölkənin içərisində Azərbaycan da vardır. 155 ölkə bizə inandı, bizi dəstəklədi və öz səsini bizə verdi.

Enerji siyasətimiz bu gün nəinki bölgənin, qitənin enerji siyasətini müəyyən edir. Bunu biz öz zəhmətimizlə etmişik.

Gələcək illərdə bu istiqamətdə əlavə təşəbbüslərin irəli sürülməsi nəticəsində bizim dünyadakı mövqeyimiz daha da güclənəcəkdir və iqtisadi maraqlarımız daha da dolğun şəkildə təmin ediləcəkdir. Yəni, hər bir istiqamət üzrə konkret proqramlar vardır və addımlar atılır. Ancaq yenə də deyirəm, bütün bu qlobal məsələlərlə yanaşı, daxildəki vəziyyət, insanların yaşaması, infrastruktur layihələrinin icra edilməsi, təhsil, səhiyyə məsələlərinin həlli də prioritetdir.

Mən bir daha demək istəyirəm ki, Lənkəranın uğurlu inkişafı demək olar ki, ölkəmizdə gedən bütün prosesləri özündə cəmləşdirir. Biz növbəti illərdə daha da sürətli inkişafa nail olmalıyıq ki, Lənkəran şəhəri də, rayonu da gözəlləşsin, abadlaşsın, insanlar daha da yaxşı yaşasınlar.

Bir daha sizi ürəkdən salamlayıram və yeni uğurlar arzulayıram.

SƏNƏDLƏR Sərəncamlar 26 noyabr 2024
13:49
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...

26 noyabr 2024, 13:49
SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17