İlham Əliyev Londonda bp şirkətinin icraçı direktoru Robert Dadli ilə görüşmüşdür

06 avqust 2012, 17:00
İlham Əliyev Londonda bp şirkətinin icraçı direktoru Robert Dadli ilə görüşmüşdür

Böyük Britaniyada işgüzar səfərdə olan Prezident İlham Əliyev Londonda bp şirkətinin icraçı direktoru Robert Dadli ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə bp şirkətinin uzun illər ərzində uğurla əməkdaşlığından məmnunluq ifadə edildi.

“Şahdəniz” yatağının işlənilməsi layihəsinin ikinci fazası və icra edilən digər layihələrin gedişi barədə fikir mübadiləsi aparıldı.

Görüşdə ölkəmiz ilə bp şirkəti arasında əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminlik bildirildi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55