Türkiyə Respublikasının Ankara şəhərinin sakini Qalib Ayatadan

31 dekabr 2021, 15:27

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Sizi doğum gününüz münasibətilə təbrik edirəm. Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbəyə həsr etdiyim “Qarabağ Azərbaycandır!” şeirimi Sizə təqdim edirəm.

Qarabağ Azərbaycandır!

Bitməz hirsi, kinləri məhv edər sakinləri

Xocalıda ağ qarın qızıl oldu rəngləri

Qadın, qız, uşaqları öldürdü körpələri

Qana doymaz qatillər, neçənci qətliamdır?

Yurd verilməz, alınar

Qarabağ Azərbaycandır!


Türkoğlu türklərik, savaş bizim üçündür

Aldıq doğma yerləri, hədəf qaçan düşməndir

Ya əsarət, ya ölüm sizlərə tək seçimdir

Bir millət, iki dövlət, soyumuz Oğuz xandır

Yurd verilməz, alınar

Qarabağ Azərbaycandır!


Erməninin zülmünə kinlə qıcandı dişlər

Üstlərində dolaşdı dəmir qanadlı quşlar

Hədəfləri yüzdə yüz dəqiqliklə vururlar

Türk qanı axıdılan o yer türkə Vətəndir

Yurd verilməz, alınar

Qarabağ Azərbaycandır!


“Siha” deyilən quşlar hər biri bir əbabil

Əbrəhə ordusunun fillərinə müqabil

Bu cür qurtuldu Şuşa, Füzuliylə Cəbrayıl

Sürətini salmadam yürü fürsət bu andır,

Yurd verilməz, alınar

Qarabağ Azərbaycandır!


“Siha” deyilən quşlar ola bilməz kəbütər,

On min metrə yüksəkdən hədəfini yox edər

Erməninin başına bir-bir bombalar enər

Düşməndən alınacaq neçə qisas da vardır

Yurd verilməz, alınar

Qarabağ Azərbaycandır!


Fransa təşviq etdi, onlar da inandılar

Paşinyan çox yalvardı dəstək vermədi ruslar

Güvənini itirmiş indi ağrılı başlar

Etdiyi əməllərdən özü hədsiz peşmandır

Yurd verilməz, alınar

Qarabağ Azərbaycandır!


Bir tək mərmi atmadan, bircə top partlatmadan

Qovuşdu Vətənimə Kəlbəcər, Laçın, Ağdam

Sözdən anlamaz idin, bax “Nə oldu Paşinyan?”

Özünün və xalqının bu gün halı yamandır

Yurd verilməz, alınar

Qarabağ Azərbaycandır!


Hardan çıxdı bu savaş bilinməz birdən-birə

Türk ərlərlə döyüşmək oyun deyil “Körəbə”

Azərbaycanlı üçün bu ən böyük Qələbə

Hər bir əsgərimizdə Oğuzun ruhu vardır.

Yurd verilməz, alınar

Qarabağ Azərbaycandır!


Ayıq ol, canlanırlar daşnaqçılar, daşnaklar

Dərhal yurduna dönsün qarabağlı köçkünlər

Hüzur içində yatsın, türbələrdə seçkinlər

İndi dinlədikləri müqəddəs səs azandır

Yurd verilməz, alınar

Qarabağ Azərbaycandır!


Tarixin zirvəsinə bu zəfəri sən yazdır

Həkk eylə hər bir yerə, mengüdaşlara cızdır

Qırx dörd il də danışsan bu zəfər üçün azdır

Bayraqları ucaldın, bu nə gözəl bayramdır

Yurd verilməz, alınar

Qarabağ Azərbaycandır!


Hörmətlə,

Qalib Ayata

Türkiyə Respublikasının Ankara şəhərinin sakini

SƏNƏDLƏR Fərmanlar 05 may 2025
16:00
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikası...

05 may 2025, 16:00
SƏNƏDLƏR Fərmanlar 05 may 2025
15:53
“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 183-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22...

05 may 2025, 15:53
SƏNƏDLƏR Fərmanlar 05 may 2025
15:49
“Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 aprel tarixli 164-VIIQD nömrəli Qanununun tətbiqi və “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 903 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1...

05 may 2025, 15:49
SƏNƏDLƏR Sərəncamlar 05 may 2025
12:32
Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün...

05 may 2025, 12:32
SƏNƏDLƏR Sərəncamlar 02 may 2025
16:31
Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi...

02 may 2025, 16:31