18:30
Azərbaycan Respublikası Prezidentinin
2021-ci il 30 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11-1.5-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin hesablanması qaydasını müəyyən edir.
1.2. Bu Qaydada istifadə olunan anlayışlar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.
2. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin hesablanmasında istifadə olunan göstəricilər
2.1. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisi və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin hesablanması zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin növbəti il və sonrakı üç il üçün makroiqtisadi proqnozları və həmin proqnozlar əsasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin proqnozlaşdırdığı icmal büdcənin və dövlət büdcəsinin göstəriciləri, habelə dövlət borcu və ona xidmətlə bağlı ödənişlər nəzərə alınmaqla, aşağıdakı proqnoz göstəricilərindən istifadə olunur:
2.1.1. ümumi daxili məhsulun nominal həcmi;
2.1.2. qeyri-neft ümumi daxili məhsulun nominal həcmi;
2.1.3. xam neftin ixrac qiyməti;
2.1.4. milli valyutanın ABŞ dollarına nisbətdə orta illik məzənnəsi;
2.1.5. icmal büdcənin gəlirləri;
2.1.6. icmal büdcənin neft gəlirləri;
2.1.7. icmal büdcənin qeyri-neft gəlirləri;
2.1.8. icmal büdcənin xərcləri;
2.1.9. icmal büdcənin baza xərcləri;
2.1.10. dövlət borcunun həcmi;
2.1.11. dövlət borcu üzrə faiz ödənişləri.
3. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət
göstəricisinin hesablanması
3.1. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisi aşağıdakı kimi hesablanır:
İqnbk(ng) = İ_qnbk/〖ÜDM〗_qn *100%
İqnbk = İGqn - İXb
burada:
İqnbk(ng) – icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisi;
İqnbk – icmal büdcənin qeyri-neft baza kəsiri;
İGqn – icmal büdcənin qeyri-neft gəlirləri;
İXb – icmal büdcənin baza xərcləri;
ÜDMqn – qeyri-neft ümumi daxili məhsulun nominal həcmidir.
3.2. Dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisi aşağıdakı kimi hesablanır:
DBng = DB/ÜDM*100%
burada:
DBng – dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisi;
DB – dövlət borcunun həcmi;
ÜDM – ümumi daxili məhsulun nominal həcmidir.
3.3. Ortamüddətli dövr üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı hədləri “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11-1.3-cü maddəsinə uyğun olaraq həmin dövr üçün müəyyən edilən xam neftin ixrac qiyməti əsasında hesablanır.
3.4. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11-1.4-cü maddəsinə uyğun olaraq ortamüddətli dövr üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin yenidən hesablanması zərurəti yarandıqda, həmin göstəricilər bu Qaydanın 2.1-ci maddəsində qeyd edilən göstəricilər yeniləndikdən sonra bu Qaydanın tələblərinə uyğun olaraq yenidən hesablanır.
4. Yekun müddəalar
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisini və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisini bu Qaydaya uyğun olaraq hesablayır və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11-1.1-ci maddəsinin icrasını təmin etmək məqsədilə həmin Qanunun 11-1.2-ci maddəsinə uyğun olaraq müəyyən edilən yuxarı hədləri keçməməsini təmin edir.
Hörmətli cənab Tramp,
Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə qazandığınız inamlı qələbə dost Amerika xalqının şəxsən Sizə, yürütdüyünüz...
06 noyabr 2024, 14:10
Noyabrın 5-də Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub.
Azərbaycan...
05 noyabr 2024, 22:12
Hörmətli Sammit iştirakçıları!
Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.
Bu gün dünyamızın...
05 noyabr 2024, 10:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin...
04 noyabr 2024, 13:02Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...
04 noyabr 2024, 13:00