“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 455-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147 nömrəli və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1019-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” 2010-cu il 10 iyun tarixli 282 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

30 dekabr 2021, 13:14

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 455-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.27-ci, 53-1.2-ci (hər iki halda) maddələrində, 53-1.4-cü maddəsinin ikinci cümləsində (hər iki halda) və 53-1.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 1.0.27-ci, 53-1.2-ci (ikinci halda) və 53-1.4-cü (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 53-1.5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.4. həmin Qanunun 53-1.2-ci (birinci halda) və 53-1.4-cü (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə “Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur.

2. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 623; 2015, № 8, maddə 909; 2016, № 7, maddə 1254, № 10, maddə 1645; 2017, № 12 (I kitab), maddə 2296; 2018, № 6, maddə 1224, № 7 (I kitab), maddə 1464; 2021, № 6 (I kitab), maddə 571) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bəndə “Qanununun” sözündən sonra “1.0.27-ci,” sözləri əlavə edilsin və həmin bənddə “maddələrində” sözü “, 53-1.2-ci (hər iki halda) maddələrində, 53-1.4-cü maddəsinin ikinci cümləsində (hər iki halda) və 53-1.5-ci maddəsində” sözləri ilə əvəz edilsin;

2.2. 2.1-1-ci bənddə “58.2-ci maddələrində” sözləri “53-1.3-cü maddələrində, 53-1.4-cü maddəsinin birinci cümləsində, 58.2-ci maddəsində” sözləri ilə əvəz edilsin;

2.3. aşağıdakı məzmunda 2.1-2-ci və 2.1-3-cü bəndlər əlavə edilsin:

“2.1-2. həmin Qanunun 1.0.27-ci, 53-1.2-ci (ikinci halda) və 53-1.4-cü (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.1-3. həmin Qanunun 53-1.5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;”;

2.4. 2.19-cu bənd aşağıdakı redaksiyada verilsin:

“2.19. həmin Qanunun 53-1.2-ci (birinci halda) və 53-1.4-cü (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə “Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur;”;

2.5. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

“4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasında lotereya təşkilatçısının və (və ya) idman mərc oyunlarının operatorunun məlumatı əsasında, telekommunikasiya xidmətləri vasitəsilə qumar oyunlarının təşkilinin və keçirilməsinin, qumar oyunlarında iştirak üçün biletlərin satışının təşkili və (və ya) satışının, həmçinin qumar oyunlarında iştirakın, o cümlədən ölkə ərazisindən xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısının alınması üçün zəruri tədbirlər görsün.”;

2.6. 5-ci hissədə “və Vergilər” sözləri “Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyinə” sözləri ilə əvəz edilsin.

3. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1019-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 282 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 497; 2016, № 9, maddə 1469) 2-ci hissəsi ləğv edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 455-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

5. Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2021-ci il 

SƏNƏDLƏR Sərəncamlar 02 may 2025
16:31
Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi...

02 may 2025, 16:31
SƏNƏDLƏR Fərmanlar 01 may 2025
16:15
“Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” 2018-ci il 13 mart tarixli 3787 nömrəli, “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2019-cu il 18 iyun tarixli 1268 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1611 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

PDF yükləyin

01 may 2025, 16:15
SƏNƏDLƏR Qanunlar 01 may 2025
16:13
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”...

01 may 2025, 16:13
SƏNƏDLƏR Sərəncamlar 01 may 2025
13:30
Qusar rayonunun Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı...

01 may 2025, 13:30
SƏNƏDLƏR Fərmanlar 30 aprel 2025
16:53
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

30 aprel 2025, 16:53