“Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 457-VIQD nömrəli Qanununun tətbiqi və “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli 580 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

30 dekabr 2021, 13:10

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 457-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli 580 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 462; 2010, № 5, maddə 402; 2017, № 1, maddə 34) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1-ci bənddə “, 30.3-cü və 31.3-cü” sözləri “və 30.3-cü” sözləri ilə əvəz edilsin;

1.2. 2.3-cü bənddə “Vergilər” sözü “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat” sözləri ilə əvəz edilsin;

1.3. 2.4-cü bənd ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 457-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2021-ci il 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55