Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli və “İxracın və investisiyaların təşviqi sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” 2018-ci il 28 dekabr tarixli 451 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

29 dekabr 2021, 18:24

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2056; 2017, № 8, maddə 1521, № 10, maddə 1777; 2018, № 5, maddə 920, № 6, maddə 1196, № 7 (I kitab), maddələr 1496, 1506, № 11, maddə 2287; 2019, № 2, maddələr 218, 236, № 4, maddə 625, № 5, maddələr 848, 855; 2020, № 2, maddə 100, № 9, maddə 1148; 2021, № 1, maddə 43) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin 7.1.1-ci yarımbəndinin “Tədbir 1.1.4: KOS evinin yaradılması” yarımbəndinin ikinci abzasına, 7.2-ci bəndinin dördüncü abzasının adına, birinci və ikinci cümlələrinə, 7.3-cü bəndinə (hər iki halda), 7.3.1-ci yarımbəndinin “Tədbir 3.1.1: KOS subyektlərinin beynəlxalq ticarət əməliyyatlarının müvafiq maliyyə xidmətləri ilə təmin edilməsi” yarımbəndinə, “Tədbir 3.1.2: KOS-un beynəlxalq standartlara və tələblərə uyğunlaşdırılmasına dəstək göstərilməsi” yarımbəndinin ikinci abzasının ikinci cümləsinə, 7.3.2-ci yarımbəndinin “Tədbir 3.2.1: İxrac assosiasiyalarının inkişaf etdirilməsi” yarımbəndinin ikinci abzasının birinci cümləsinə və beşinci abzasına, 7.4-cü bəndinin üçüncü abzasının birinci cümləsinə, 7.4.2-ci yarımbəndinə (hər iki halda) ismin müvafiq hallarında “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi” sözlərindən sonra ismin müvafiq hallarında “ – AZPROMO” sözü əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238, № 10, maddə 1991, № 11, maddə 2287; 2019, № 3, maddə 411, № 4, maddə 619, № 5, maddələr 839, 855, № 6, maddə 1027, № 12, maddə 1921; 2020, № 1, maddə 5, № 2, maddə 100, № 8, maddə 1039, № 11, maddə 1357; 2021, № 1, maddə 30, № 6 (I kitab), maddələr 579, 593, № 8, maddə 908; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 2 iyul tarixli 766 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 4-cü hissəsinin “Göstərdiyi xidmətlər” sütununa “Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin” sözlərindən sonra “ – AZPROMO-nun” sözü əlavə edilsin.

3. “İxracın və investisiyaların təşviqi sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 451 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2608; 2021, № 7, maddə 745) 1-ci hissəsinə və 2.1-ci bəndinə “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi” sözlərindən sonra “ – AZPROMO” sözü əlavə edilsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2021-ci il 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55